09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Kovidin yeni simptomları - Virus sinir sistemini alt-üst edir

Kovidin yeni simptomları - Virus sinir sistemini alt-üst edir
Yeni koronavirus, xüsusən Deltanın yeni, fərqli simptomları hər həftə artır, həkimlər hər dəfə yeni-yeni təsirlər aşkarlayır.
Belə ki, Delta başlayanda ilkin əlamətlər başgicəllənmə, başsıxılma, gözlərin qarşısında nöqtələr, sayrışma, ishal, qarın ağrısı baş verir.
MAY.AZ medicina.az-a istinadən bildirir ki, immunoloq Andrey Prodeus və virusoloq Pavel Volkov sümük və bədəndə ağrının, əzginliyin koronavirusun statr götürməsi və dərinləşməsi simptomu olduğunu bildirib.
Neyrocərrah professor Andrey Baskov koronavirusun yeni nevroloji simptomlarını açıqlayıb: kürəkdə sancı, qulaqda küy, fantom ağrılar, damaqda diş ağrısına bənzər ağrı.
İstənilən ağır virus xəstəliyində sinir ucları, mərkəzi sinir sistemi zərbə görür. Nəyə görə dad, qoxu itir, nəyə görə ayaqlar ağrıyır, nəyə görə qulaqda küy yaranır? Bunlar hamısı sinir sistemi ilə əlaqədardır.
İnternetdə həm xəstələrin, həm həkimlərin dilindən müxtəlif əlamətlər, simptomlar yazılıb. Xəstələr bunu oxuyub, özlərinə diaqnoz qoya bilməzlər. Hər insanda koronavirus fərqli başlayıb, fərqli keçə bilər.
Amma yeganə dəqiq simptom - 37 dərəcədə yuxarı hərarət və dad, iybilmənin itməsidir. Məhz buna görə həkim dəqiq deyə bilər ki, şəxs koronadır. Bu vaxta kimi heç bir oxşar xəstəlikdə dad və iybilmə bu dərəcədə kəskin itməmişdi.
Delta ştammı adətən mədə-bağırsaq simptomları ilə başlayır: ürəkbulanma, kolik, sancı, ishal, qarında ağrı və s.
Eləcə də bədəndə, kürəkdə, qarında səpkilər ola bilər. Xəstələrə elə gəlir ki, bu allergiyadır, nəticə kovid çıxır.
Lakin dad-iybilməı təəssüf ki, xəstəliyin 5-7-ci günü itir, ona görə bu ilk simptom deyil. Xəstələrin 10-20%-də bu simptom olmur, onlar hər şeyi hiss edir, amma koronavirus olublar.
Sağlam ol
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ + VİDEO

Azərbaycanda bu tarixdə karantin...

Sağlam ol
Koronavirus süni yolla yayılıb? - İrandan şok açıqlama

Koronavirus süni yolla yayılıb? -...

Sağlam ol
Qulaqlıqlar sağlamlıq üçün nə qədər təhlükəlidir?

Qulaqlıqlar sağlamlıq üçün nə qədər...

Sağlam ol
Baş pediatr qripdən danışdı

Baş pediatr qripdən danışdı...

Sağlam ol
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi

Qarın ağrısı şikayəti ilə...

Sağlam ol
Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Qan qruplarına görə pəhriz qadının...

Комментарии (0)