09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Zobun yaranmasının əlamətləri - 12 simptom

Zobun yaranmasının əlamətləri - 12 simptom
Əgər siz səbəbsiz yerə həddən artıq kökəlib və ya arıqlayırsınızsa, əzələlərdə ağrılar varsa, yorğunluq, fikir dağınıqlığı, yaddaşsızlıq başlayıbsa, qarında köp və ishal varsa çox güman ki, sizdə qalxanabənzər vəzinin işində ciddi pozulmalar var.
Çünki qalxanabənzər vəz və hormonlar bütün orqanizm və metobolizmə böyük təsir edir.
MAY.AZ medicina.az-a istinadla xəbər verir ki, qalxanabənzər vəzinin 2 pozğunluğu var: Hipertireoz və hipotireoz.
Hipertireoz – qalxanabənzər vəzin lazım olduğundan çox hormon sintez etməsidir.
Hipotireozda isə hormonların miqdarı normadan az olur.
Ən əsas simptomlar:
Yuxu pozğunluğu, yorğunluq, əzginlik, bütün günü yatmaq istəyən, uzun müddət yatıb, amma yenə yuxudan əzgin oyanan adamlarda Hipoterioz var.
Çətinliklə yuxuya getmək, yataqda gərginlik və səbəbsiz narahatlıqla vurnuxan adamlarda da bu xəstəlik var.
Əsəbilik və beyin pozulmaları:
Hiper pozğunluqda həyəcan, panik atak, diqqət və yaddaş pozğunluğu artır və həmin şəxslər əsəbdən müalicə alsalar da, effekt vermir.
Mədə-bağırsaq pozulmaları:
Hipotireozlu xəstələr qəbizlik, köp, həzm pozğunluğu, diareya və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkirlər.
Əzələ və oynaqlar:
Əgər tez-tez qəfildən əl-ayaqda uyuşma, keyləşmə, ağrılar, qıcolmalar, əzələ və oynaqlarda iltihab, zəiflik, bərkimə, ağrı hiss edirsinizsə, deməli hormonların azlığından şübhələnmək vaxtıdır. Əlinizdə boşluq, əşyanı tuta bilməmək, pilləkan çıxanda çətinlik yaranıbsa, Hipertireozdan yoxlanın.
Qadınlarda menstrual pozğunluq:
Hormon defisiti olan qadınlar ağrılı, güclü və ağır menstrual tsikl keçirir. Hiperteriozlar isə zəif, az, qısamüddətli və gecikmələrlə keçirir.
Saç və dəri problemləri:
Əgər saçlarınız getdikcə quruyursa, qırılırsa, incəlirsə, cansızdırsa, deməli hormonal disbalans var. Dəriniz quru, dırnaqlarınız çatlayırsa, qabıqlanma varsa hipotireozdur.
Hipertireozda isə saçlar tökülür.
Bədənin ümumi hərarəti:
Əl-ayaqlarınız üşüyürsə, soyuqdursa, müntəzəm titrətmə keçirirsinizsə, bədən hərarəti 36 dərəcədən aşağı olursa, sizdə Hipotireozdur.
Əgər qışda belə istilik hiss edirsinizsə, güclü tərləmə varsa, Hipertireozdur.
Arterial təzyiq:
Hipotireozlar – yüksək təzyiqdən əziyyət çəkir. Hipertireozlar isə qarışıqdır: sistolik təzyiq yüksək, diastolik isə aşağı olur.
Boğazda dəyişiklik:
Ən geniş yayılmış simptomdur: vəzlərin şişkinliyi və səsin dəyişməsi
Qalxanvari vəz xəstəlikləri ilə endokrinoloq məşğul olur. Qalxanvari vəz UZİ olunmalı, TSH hormonların analizi verilməlidir.
Sağlam ol
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ + VİDEO

Azərbaycanda bu tarixdə karantin...

Sağlam ol
Koronavirus süni yolla yayılıb? - İrandan şok açıqlama

Koronavirus süni yolla yayılıb? -...

Sağlam ol
Qulaqlıqlar sağlamlıq üçün nə qədər təhlükəlidir?

Qulaqlıqlar sağlamlıq üçün nə qədər...

Sağlam ol
Baş pediatr qripdən danışdı

Baş pediatr qripdən danışdı...

Sağlam ol
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi

Qarın ağrısı şikayəti ilə...

Sağlam ol
Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Qan qruplarına görə pəhriz qadının...

Комментарии (0)