09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Tez qocalmamaq üçün bu orqanlarınızı qoruyun

Tez qocalmamaq üçün bu orqanlarınızı qoruyun
İllər ötdükcə ürək və beyin başda olmaqla, bəzi orqanlarımızda dəyişikliklər meydana gəlir.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, sağlam qidalanmaq, müntəzəm idman etmək, stressdən və zərərli vərdişlərdən uzaq durmaq orqanizmimizin qocalmasının qarşısını alır.
Ən tez qocalan 5 orqan və onların fəaliyyətinin pozulmasının qarşısını almaq üçün faydalı məsləhətləri təqdim edirik:
Beyin – 30 yaşdan sonra beyin hüceyrələri yavaş-yavaş ölür və toxumalarda kiçilmələr başlayır. 50 yaşa çatdıqda beyinin çəkisində azalmalar başlayır və hər 10 ildən bir bu göstərici 2-3% artır. Bununla əlaqədar yeni məlumat öyrənmək bacarığı getdikcə zəifləyir. Həmin yaş dövrünədək öyrənilən biliklər isə öz fəallığını qoruyub saxlayır. Beyinin qocalmasının qarşısını almaq üçün həftədə ən azı 2 dəfə balıq yeməli, siqaret, spirtli içkidən uzaq durmalısınız. Zehni inkişaf etdirən əyləncələr – krassvord həll etmək, gündəlik xəbərləri oxumaq beyinin sağlamlığı üçün faydalıdır.
Ürək – 40 yaşdan etibarən ürək qocalır və çəkisi bir qədər artır. Arterial damarın dəqiqədə ötürdüyü qanın miqdarında getdikcə azalma müşahidə olunur. Bu azalma hər il 1% artır. Ürəyinizi qorumaq üçün siqaretdən, yağlı yeməklərdən uzaq durmaq lazımdır. Potaşla zəngin olan minerallardan ibarət qidalar qəbul edilməlidir: banan, ərik, kartof, sarımsaq və s. Hər gün açıq havada gəzmək faydalıdır.
Göz – 40 yaşdan sonra yaxınlıqdakı məsafəni uzaq görməyə başlayırıq. Bu yaşdan etibarən göz almasının sərtliyi artır. Normal göz 40 yaşda +1, 50 yaşda +2, 60 yaşda +3 nömrəli yaxın məsafələr üçün eynəyə ehtiyac duyur. Göz sağlamlığını qorumaq üçün C və E vitaminləri ilə zəngin olan qidalar qəbul edilməlidir. Vaxtaşırı göz müayinəsindən keçmək də məsləhətdir.
Qulaq – 30 yaşdan sonra eşitmə siniri zəifləyir. Çünki qulağa qan ötürən damarlar funksiyalarını tədricən tam yerinə yetirə bilmir. Beyindəki eşitmə mərkəzi yaşla əlaqədar olaraq fəaliyyətində zəifləyir. Bu cür problemlərin qarşısını almaq üçün yüksək səslə musiqi dinləmək olmaz lazım. Vaxtında həkim müayinəsi də faydalıdır.
Sümüklər – müəyyən yaşdan sonra qadınlarda menstruasiya tsiklinin dayanması və D vitaminin azalması səbəbindən sümüklərdə ərimələr başlayır. Bunun qarşsıını almaq üçün bol-bol günəş enerjisi qəbul etmək lazımdır.
Sağlam ol
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ + VİDEO

Azərbaycanda bu tarixdə karantin...

Sağlam ol
Koronavirus süni yolla yayılıb? - İrandan şok açıqlama

Koronavirus süni yolla yayılıb? -...

Sağlam ol
Qulaqlıqlar sağlamlıq üçün nə qədər təhlükəlidir?

Qulaqlıqlar sağlamlıq üçün nə qədər...

Sağlam ol
Baş pediatr qripdən danışdı

Baş pediatr qripdən danışdı...

Sağlam ol
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi

Qarın ağrısı şikayəti ilə...

Sağlam ol
Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Qan qruplarına görə pəhriz qadının...

Комментарии (0)