09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Omikron"dan sonra fəsadlar qalacaqmı? - Mütəxəssis cavablandırır

"Omikron"dan sonra fəsadlar qalacaqmı? - Mütəxəssis cavablandırır


"Omikron" ştammı, koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirilir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artmasına görədir.
Bu barədə rusiyalı biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bəyan edib.
"Bu amili nəzərə alsaq, "delta" ilə müqayisədə "omikron"la yoluxma zamanı xəstəliyin şiddətinin azalması cəmi 20-25 faiz təşkil edir", - deyə Baranova əlavə edib.
Onun sözlərinə görə, yeni ştamm insanın sinir və qan dövranı sistemlərinin hüceyrələrinə elə əvvəlki ştamlar kimi təsir edir, müvafiq olaraq, "omikron" ilə yoluxduqdan sonra postkovid sindromunun inkişaf riskini istisna etmək üçün heç bir səbəb yoxdur.
"COVID-19-dan sonrakı vəziyyətin bir neçə komponenti var: otoimmün, koaqulyasiya (laxtalanma), sinir sistemi, beyin funksiyası və kişi reproduksiyası ilə bağlı problemlər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Onun sözlərinə görə, postkovid sindromu kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
"Bu, qadınların kişilərə nisbətən otoimmün reaksiyalara daha çox meylli olması ilə izah olunur", - deyə bioloq izah edib.
O hesab edir ki, "omikron"a yoluxduqdan sonra postkovid fəsadlarının baş verməməsi təəssüratı bu ştammın son zamanlarda ortaya çıxması ilə əlaqədardır.
"Xəstəlikdən ancaq üç ay sonra postkovid sindromu diaqnozu qoyula bilər. Bu üç ay hələ keçməyib, bu da "omikron"dan sonra postkovid sindromunun olmaması ilə bağlı insanda səhv təəssürat yaradır", - Baranova bildirib.
O, COVID-19-un nəticələrinin qarşısını almaq üçün vaxtında reabilitasiya keçməyi tövsiyə edir.
"Düşünürəm ki, COVID-19-dan dərhal sonra metabolizmi bərpa etməyə başlamaq lazımdır. O zaman COVİD-19-dan sonrakı simptomların təzahürləri daha az olacaq. Üstəlik, reabilitasiya proqramı vacibdir", - deyə Baranova vurğulayıb.
Sağlam ol
Təbiət və insan üçün ən ziyanlı ƏRZAQIN ADI AÇIQLANDI

Təbiət və insan üçün ən ziyanlı...

Sağlam ol
Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş

Pediatr: Azərbaycanda qurd...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Sağlam ol
COVID xəstələri neçə gün yoluxdurucu olur?

COVID xəstələri neçə gün...

Sağlam ol
Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

Koronavirus üçün faydalı hesab...

Sağlam ol
Məşhur həkim AÇIQLADI: Dişlərinizi vaxtlı-vaxtında fırçalamasanız...

Məşhur həkim AÇIQLADI: Dişlərinizi...

Комментарии (0)