09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Yaraları və xoraları sağaldan bitki - Bağayarpağı

Yaraları və xoraları sağaldan bitki - Bağayarpağı
Bağarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan istifadə olunur.
Belə hesab olunur ki, bu buitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Dahi Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etmək tövsiyə edirdi.
Müasir xalq təbabətində də bu bitki yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.
Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.
Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.
Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.
- Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağı 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.
- Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.
- Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Həzm sistemi xəstəlikləri zamanı həmçinin bağayarpağı dəmləməsindən istifadə olunur. 2 xörək qaşığı xırda doqranmış təzə bağayarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və vam odda qapağı bağlı qazanda 5 dəqiqə ərzində saxlanılır. Soyuyanda dəmləmə yaxşı süzülür, yarpaqlar süzgəcdən sıxılır. Dəmləməni gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Nəzərinizə çatdıraq ki, bağayarpağı dəmləməsi və şirəsi mədə turşuluğunun azalması ilə müşayiət olunan pozulmalar zamanı istifadə olunur. Mədə turşuluğunun artması zamanı bu bitki istifadə olunmur.
- Bağayarpağı şirəsi həmçinin diş və baş ağrıları azalıdır, sakitləşdirici təsir edir, iştahanı artırır.
- Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.
- Bağayarpağı dəmləməsi dəridə müxtəlif yaralar, çatlar, dəri xəstəlikləri zamanı vannalar və islatmalar üçün istifadə olunur. Əllərdə və ayaqlarda çatlar, yaralar zamanı 3 xörək qaşığı bağayarpağı 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və əl və ya ayaq vannaları üçün istifadə edin. Dəri xəstəlikləri zamanı (dermatit, ekzema və s.) bu dəmləmədə pambıq əski isladın və zədələnmiş sahəyə qoyub 1 saat saxlayın.
Dəridə olan köhnə yaralar və xoralar zamanı bağayarpağın təzə şirəsi istifadə olunur. Bu şirədə pambıq əski isladılır və yaraya qoyulur.
Kiçik yaralar, sıyrıntılar zamanı zədələnmiş yerə təzə bağayarpağı qoyun. Bunun üçün iri yarpağı yaxşı yuyun, bir qədər əzin və zədələnmiş yerə qoyub bintlə bərkidin.
Bu şirə həmçinin yağlı problemli dəri üçün istifadə oluna bilər.
- Bağayarpağı şirəsi gözün buynuz qişasının müxtəlif travmaları zamanı istifadə olunur.
Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillik varsa, bu bitkidən istifadə etmək olmaz.
Bu bitkidən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!
Sağlam ol
Təbiət və insan üçün ən ziyanlı ƏRZAQIN ADI AÇIQLANDI

Təbiət və insan üçün ən ziyanlı...

Sağlam ol
Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş

Pediatr: Azərbaycanda qurd...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Sağlam ol
COVID xəstələri neçə gün yoluxdurucu olur?

COVID xəstələri neçə gün...

Sağlam ol
Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

Koronavirus üçün faydalı hesab...

Sağlam ol
Məşhur həkim AÇIQLADI: Dişlərinizi vaxtlı-vaxtında fırçalamasanız...

Məşhur həkim AÇIQLADI: Dişlərinizi...

Комментарии (0)