11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR

Uşaq pudrasının inanılmaz faydaları – MÜKƏMMƏL RESEPTLƏR


Uşaq pudrası həssas dərili uşaqlarda bərpaedici rol oynayır. Böyüklərin dərisində isə daha təsirli rola malikdir. Gözəllik mütəxəsisləri və dermotoloqlar tərəfindən dəfələrlə test edilib. Nəticə isə müsbət olub. Belə ki, üzdə olan ləkələr, saç yağlanması, cild baxımı, sızanaq izlərini aparmaqda təsirlidir.
BiG.AZ medicina-ya istinadən uşaq pudrasının dəriyə faydaları haqqında yazını təqdim edir:
Uşaq pudrasını ifrat dərəcədə yağlı cildə makiyaj etməzdən əvvəl çəkmək labüddür. Çünki makiyajın axmasının qarşısını alır. Hətta aktiv həyat tərzi keçirsəniz belə, üz qismində tərləməni ləngidir.
Üzdə çıxan sızanaqların quruması üçün yaxşı vasitədir. İltihablı sızanaqlardan sonra qara ləkələrin dəridə qalması tez-tez müşahidə edilir. Bu zaman köməyinizə uşaq pudrası çatacaq. Həftədə iki dəfə həmin nayihələrə vurmaq zəruridir.
Uşaq pudrası cildin problemsiz görünməsinə kömək edir. Makiyajın uzun müddətli qalması üçün hətta heç pozulmayan kosmetik görüntüyə sahib olmaq üçün istifadə edə bilərsiniz.
Uşaq pudrasının üzə faydaları:
•Uşaq pudrasını kirpiklərinizə tətbiq etdikdən sonra daha həcmli olacaq.
•Tərləmə problemi yaşayan insanlarda dərinin daha matlamasını təmin edir.
•Dərini quru saxlayar və yağlanıb, parıldamasının qarşısını alır.
•Sızanaq yaranmasının qarşısını alır.
•Dərinin hamar və yumşaq hal almasını təmin edər.
Dəriyə qulluq maskası:
1.5 çay qaşığı gül suyu - 1 çay qaşığı uşaq pudrası.
Uşaq pudrası və gül suyunu bir qabda qarışdırın. Alınan qarışığı üzünüzdə problem olan hissələrə çəkin. 2 saat saxladıqdan sonra su ilə təmizləyin. Bu maska sızanaqlara qarşı da təsirlidir.
Hamar dəriyə sahib olmaq üçün uşaq pudrası maskası:
2 yemək qaşığı su - 1.5 çay qaşığı uşaq pudrası
Uşaq pudrası və suyu bir qabda qarışdırın. Krem halını alan qarışığı üzünüzə çəkin. 5 dəqiqə saxladıqdan sonra bol su ilə təmizləyin. Maskanı tətbiq etdikdən sonra dəriniz daha hamar və yumşaq olacaq
Sağlam ol
Yazda baş verən allergiyanın simptomları

Yazda baş verən allergiyanın...

Sağlam ol
10-a yaxın xərçəng növlərini aşkarlayan qan analizi

10-a yaxın xərçəng növlərini...

Sağlam ol
Qan təzyiqini azaltmağın səmərəli yolu tapıldı

Qan təzyiqini azaltmağın səmərəli...

Sağlam ol
Kifayət qədər su içməmək nələrə səbəb olur?

Kifayət qədər su içməmək nələrə...

Sağlam ol
Operativ Qərargah MƏLUMAT YAYDI

Operativ Qərargah MƏLUMAT YAYDI...

Sağlam ol
Qidalanmada yol verdiyimiz 10 əsas səhv

Qidalanmada yol verdiyimiz 10 əsas...

Комментарии (0)