09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Demə, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bağırsaqlar imiş

Demə, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bağırsaqlar imiş
Təəssüf ki, günümüzdə kompüter və smartfonların təsiri nəticəsində görmə problemi geniş yayılıb, erkən yaşlardan gənclərin gözü zəifləməyə başlayır.
Ayuverdaya (sanskritcə, "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elm deməkdir. Hinduizm çərçivəsində formalaşmış və Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemidir) görə, görmə qabiliyyətinin zəifləməsinin kökü xüsusilə gənc yaşlarda bağırsaqlarda yerləşir.
Qəbzlikdə bağırsaqların gec və ya yarımçıq boşalması gözlərin görmə qabiliyyətini zəiflədir. Bu problemin digər səbəbləri Ayurveda baxımından xroniki hipotermiya və sinir yorğunluğudur.
Milli.Az publika.az-a istinadən oxuyucuları Ayuverdaya əsasən, gözlərin görmə qabiliyyətini yaxşılaşdıran üsullarla tanış edir.
Görmə kəskinliyini qorumaq üçün gündə 2 dəfə 20 ml təzə embilka (Dərman fillantusu) meyvə şirəsi qəbul edilməlidir.
Bal ilə qarışdırılmış istiotun daxilə müntəzəm qəbulu görmə qabiliyyətini tez bərpa edən unikal bir vasitədir.
Gözləriniz zəifləyibsə, ayağınızı xardal və ərinmiş kərə yağı ilə ovun.
A vitamini ilə zəngin olan manqo meyvələri görməyə faydalı təsir göstərir. Gözlərdə gərginlik yaranıbsa, bu halda mövsüm boyunca manqo meyvəsi yemək tövsiyə olunur.
Qızılgül yarpaqlarından əldə edilən təzə meyvə suyu görmə qabiliyyətini yaxşılaşdırır. Gül suyunun kompresi də gözlərə yaxşı təsir edir.
Əgər gözlər zəifləyibsə, gündə iki dəfə qaşığı inək südüylə birlikdə bir çay biyan bitkisini qəbul etmək lazımdır. Həmçinin biyanı balla və ya ərinmiş kərə yağıyla qarışdırmaq olar. Bu, gözlərin sağlamlığı üçün çox güclü vasitədir.
Ayurveda göz qulluğu
Qədim dövrlərdə görmə qabiliyyətini gücləndirmək üçün ayuvedalar məsləhət görürdü ki, gözləri tez-tez yuyun. Gözləri hər gün soyuq suyla yumaq dişləri fırçalamaq kimi eyni prosedur olmalıdır.
Ayurveda məsləhət görür: gözlərinizi yumağa başlamazdan əvvəl ağzınızı su ilə doldurun. Bu, gözlərin şişməsinə səbəb olur və daha yaxşı yuyulur. Gözlərinizi yumaq üçün üzünüzə və gözlərinizə 10-15 dəfə sərin və ya ılıq su çiləyin. İşdən və ya məktəbdən evə qayıtdıqda gözlərin yuyulması proseduru axşam saatlarında təkrarlanmalıdır.
Və əlbəttə ki, Ayurveda bu tədbirləri gözlər zəiflədikdən sonra deyil, əvvəlcədən profilaktika üçün etməyi məsləhət görür. Yadda saxlayın ki, gözlər zəifləyibsə, bunun üçün ciddi həkim müalicəsi tələb olunur. Yuxarıda sadalananlar sizə sadəcə gözlərin zəifləməsinin qarşısını almağa və bu prosesi ləngitməyə kömək edə bilər.
Ayuverdaya görə, göz problemlərinin qarşısını almaq üçün sadə təlimlər aparmaq lazımdır.
Göz məşqləri
1. Kresloda düz oturun. Kürək, boyun və baş eyni xətt üzrə olmalıdır. Düz baxın, düz nəfəs alın. Bu bir hazırlıq pozasıdır.
2. Gözlərinizi tavana doğru qaldırın və 2 saniyə saxlayın. Aşağıya baxın və 2 saniyə belə qalın. Başlanğıc mövqeyə qayıdın, gözlərinizi 2 saniyə bağlayın.
3. Gözünüzü mümkün qədər uzağa zilləyərək 2 saniyə sağa baxın. Sonra 2 saniyə sola baxın. Düz yola baxın.
4. 6-8 saniyə gözləri bağlayın.
5. Bu bir kurs təşkil edir. 2-3 kurs ilə başlayın və 4 kursa qaldırın.(milli)
Sağlam ol
Təbiət və insan üçün ən ziyanlı ƏRZAQIN ADI AÇIQLANDI

Təbiət və insan üçün ən ziyanlı...

Sağlam ol
Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş

Pediatr: Azərbaycanda qurd...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Sağlam ol
COVID xəstələri neçə gün yoluxdurucu olur?

COVID xəstələri neçə gün...

Sağlam ol
Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

Koronavirus üçün faydalı hesab...

Sağlam ol
Məşhur həkim AÇIQLADI: Dişlərinizi vaxtlı-vaxtında fırçalamasanız...

Məşhur həkim AÇIQLADI: Dişlərinizi...

Комментарии (0)