09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər


Çox valideynlərin "hələ balacadır, uzanacaq " dediyi boy qısalığı əslində bir xəstəlik deyil, bir çox xəstəliklərin göstəricisi ola bilər. Bu səbəbdən inkişafin hansısa dövründə uşağının öz yaşıdlarından boy və ya çəkidə geri qalması müşahidə olunarsa həkimə müraciət etmək mütləqdir.

Elit.az istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: "Uşaqlıq dövrünün ən böyük xüsusiyyəti, davamlı böyümə prosesidir. Təəssüflər olsun ki, hər bir uşaqda sağlam böyümə və inkişaf prosesi müşahidə olunmur. İstər xəstəliklərə, istərsə də qida çatışmazlığına bağlı olaraq uşağın inkişafının dayanması, ən çox boy uzanmasına təsir göstərir. Uşaqlıqda böyümədə dayanma və ya boy qısalığı hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Genetik, konstitusional boy qısalıqları, cinsi inkişafın gecikməsi, skelet sistemi xəstəlikləri, uşağın doğulduğu çəkinin aşağı olması, qidalanma pozuntuları, ürək, böyrək, qan xəstəlikləri kimi xroniki problemlər, uzun müddətli dərman istifadəsi, Turner sindromu, qalxanabənzər vəzin hormon çatmazlığı ilə gedən xəstəliklər, böyümə hormonu çatışmazlığı və uşağın az qayğı və ya sevgi görməsi inkişafa təsir edən səbəblərdəndir. Turner sindromunun bu gün daha çox qız analarını narahat edir. Bu xəstəlik hər 2500 qız uşağından birində təsadüf edilir. Xəstəliyin başlıca əlaməti erkən yaşlarda boy qısalığı və sonrakı yaşlarda cinsi inkişafının başlamaması ilə xarakterizə olunan genetik pozuntulardır. Böyümə hormonu çatışmazlığı hər 3500-dən bir uşaqda görülür. Xəstəliyin əsas əlaməti boy qısalığı və ya böyümədə dayanmadır. Hipotireozun rast gəlmə tezliyi isə 3500-də birdir. Problemin anadangəlmə növü müalicə olunmadıqda boy qısalığından əlavə, əqli inkişafda da geriləməyə səbəb ola bilər.

Onu da qeyd edim ki, 50 santimetr olaraq dünyaya gələn sağlam körpənin boyu 3 aylığında təxminən 60 santimetr, 6 aylığında 67 santimetr, 9 aylığında 72 santimetr, 1 yaşında ikən isə 75 santimetr olmalıdır".
Sağlam ol
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının hazırkı durumu açıqlandı

Gürcüstanda koronavirusa yoluxan...

Sağlam ol
Hər gün kolbasa yedikdə orqanizmdə nə baş verir? - Həkimlərdən ŞOK

Hər gün kolbasa yedikdə orqanizmdə...

Sağlam ol
Koronavirusa yoluxanlara nəzarət etmək üçün xüsusi proqram hazırlandı

Koronavirusa yoluxanlara nəzarət...

Sağlam ol
Qarın piylərinin təhlükələri üzə çıxdı

Qarın piylərinin təhlükələri üzə...

Sağlam ol
Bu ucuz vasitə üzünüzü tər-təmiz edəcək

Bu ucuz vasitə üzünüzü tər-təmiz...

Sağlam ol
Azərbaycanda uşaqlar arasında suçiçəyi niyə artıb?

Azərbaycanda uşaqlar arasında...

Комментарии (0)