11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dilin iltihabı – qlossit

Dilin iltihabı – qlossit
Qlossit dilin iltihabi xəstəliyidir. Xəstəlik gedişinə görə kəskin və xroniki olur. Qlossit dil əzələsində müxtəlif dəyişikliklərin əmələ gəlməsinə səbəb olur:
- şişkinlik
- dilin rənginin dəyişilməsi
- dilin sorma qabiliyyətinin itməsi
- dilin üstünün sığallı olması.
Xəstəlik birincili - qlossit, ikincili - digər xəstəliklərin əlaməti olaraq meydana çıxa bilir.
Xəstəlik zamanı dilin rəngi tünd qırmızı rəng alır, həssaslığı artır və sığallı olur. Bu zaman dilin hərəkəti, udma aktı, çeynəmə çətinləşir, ağrılı olur.
Xəstəliyin əmələ gəlməsində bakteriya və virus infeksiyalarının rolu böyükdür. Qlossitin baş verməsində dilin mexaniki zədələnmələri, yanıqlar, stomatoloqların müalicəsi zamanı baş verən zədələnmələrin də rolu ola bilir. Nadir hallarda isə qlossitin baş verməsində spirtli içkilər, qaynar qidalanma, diş məcunları, müxtəlif kimyəvi qida boyaları da səbəb ola bilir.
Qlossit müxtəlif qan xəstəliklərinin, vitamin çatışmazlığının, ağız boşluğu xəstəliklərinin, aftoz yaraların, sifilisin ağırlaşması olaraq da meydana çıxa bilir.
Xəstəliyin müalicəsi iltihab əlamətlərinin aradan qaldırılmasına əsaslanır. Müalicə dövründə dilin gigiyenasına diqqət yetirilir, antibiotik və göbələkəleyhinə dərman vasitələrindən istifadə edilir. Xəstəyə sağlam həyat tərzi keçirmək tövsiyə edilir.
Sağlam ol
Balıq yağı preparatları tam faydasızdır – Boşuna pul verməyin

Balıq yağı preparatları tam...

Sağlam ol
Bərbərxanada kişilərin yoluxa biləcəyi xəstəliklər - 6 aydan bir analiz verin

Bərbərxanada kişilərin yoluxa...

Sağlam ol
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi - koronavirusa görə...

Kıvanç Tatlıtuğ xəstəxanaya...

Sağlam ol
Bu meyvə qripdən qoruyur

Bu meyvə qripdən qoruyur...

Sağlam ol
Mobil telefonundan uzaqlaşmaq üçün dört əsas səbəb

Mobil telefonundan uzaqlaşmaq üçün...

Sağlam ol
19 tibb işçisi koronavirusdan öldü - Britaniyada

19 tibb işçisi koronavirusdan öldü...

Комментарии (0)