11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Həkim evdə hazırlanmış diş pastaları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Həkim evdə hazırlanmış diş pastaları ilə bağlı XƏBƏRDARLIQ ETDİ
"TikTok"da trendə çevrilən diş pastası diş minasını məhv edir.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail"ə müsahibəsində stomatoloq Ketrin Medden deyib.
Həkim ev şəraitində hazırlanan və "TikTok"da məşhurlaşan bu diş pastası ilə bağlı ciddi xəbərdarlıq edib.
Diş həkimi deyib ki, duz və limondan hazırlanan məşhur "TikTok"un diş pastasından istifadə dişlərin çürüməsinə səbəb olur. O, müsahibəsində belə bir pastanın təhlükələrindən danışıb.
Mütəxəssis sosial şəbəkədə ev şəraitində kokos yağı, çörək soda, limon suyu, sirkə, kömür və hətta hidrogen peroksid kimi inqrediyentlərdən hazırlanan diş pastası ilə yüzlərlə videonun yayılmasından narahat olduğunu deyib. Onun sözlərinə görə, turş limon, soda və duz diş minasının təbəqəsini məhv edə bilər.
K.Medden bildirib ki, minanın zədələnməsi dişlərin çürüməsi, dişlərin rənginin dəyişməsi, həssaslığın artması riskinə gətirib çıxarır, hidrogen peroksidlə sirkə isə diş ətini və digər yumşaq toxumaları yandıra bilər.
O, evdə hazırlanan diş pastası trendini insanların adi diş pastalarının tərkib hissəsində olan ftoridlərin zəhərli maddələrdən ibarət olması düşüncəsi ilə əlaqələndirib. "Onilliklər ərzində elm adamları ftoridlər diş xəstəliklərinin qarşısının alınmasında təhlükəsiz və effektiv olduğuna dair sübutlar əldə ediblər" - deyə stomatoloq vurğulayıb.
Sağlam ol
Yazda baş verən allergiyanın simptomları

Yazda baş verən allergiyanın...

Sağlam ol
10-a yaxın xərçəng növlərini aşkarlayan qan analizi

10-a yaxın xərçəng növlərini...

Sağlam ol
Qan təzyiqini azaltmağın səmərəli yolu tapıldı

Qan təzyiqini azaltmağın səmərəli...

Sağlam ol
Kifayət qədər su içməmək nələrə səbəb olur?

Kifayət qədər su içməmək nələrə...

Sağlam ol
Operativ Qərargah MƏLUMAT YAYDI

Operativ Qərargah MƏLUMAT YAYDI...

Sağlam ol
Qidalanmada yol verdiyimiz 10 əsas səhv

Qidalanmada yol verdiyimiz 10 əsas...

Комментарии (0)