11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Kimlər idman proteinlərini hansı miqdarda qəbul edə bilər?

Kimlər idman proteinlərini hansı miqdarda qəbul edə bilər?

"Bir insanın gözəl bədən quruluşuna malik olması üçün sağlamlığı çox önəmlidir. Onların sağlamlığı qidalardan asılıdır. Bu qidaların içində makro və mikro elementlər var. Hansı ki bu karbohidratlar, zülallar, yağlar, vitamin minerallar və maye çox vacibdir. Zülallar dedikdə protein dəyəri nəzərdə tutulur. Gündəlik hər insan orqanizminin protein miqdarı fərqlidir".

Bu sözləri qida mütəxəssizi Məhsəti Dadaşova deyib.

O bildirib ki, protein hesablanarkən orta çəkili insanlar üçün qeyd olunur.

"Hər kiloqrama görə 0.08 qram protein hesablanır. Bəzi insanlar gün ərzində hərəkətsizdir, fiziki aktivliklə məşğul olmur. Belə insanlarda qəbul olunacaq protein miqdari 1.02-1.04 qram hesablanır. İdmançılar mütəmadi fiziki aktivliklə məşğul olduğu üçün onlarda əzələ itkisi tez baş verir. İdmançılara görə protein miqdarı 1.08-2 qrama qədər arta bilər".

Ekspert əlavə edib ki, proteini qəbul edərkən təbii qidalara üstünlük verilsin.

"Bura ət, süd məhsulları, yumurta və heyvan mənşəlli qidalar aiddir. Bu gün idman edən insanlar daha tez və sürətli şəkildə yaxşı bədən quruluşuna malik olmaq istəyirlər. Onlar süni proteinlərdən istifadə edirlər. Süni proteinlər isə toz və tabletka şəklində olur. Bu dərmanların bəziləri kimyəvi tərkiblidir. Bu da yolverilməzdir. Bu şəkildə qəbul olunan proteinlərin tərkibi zərərlidir. İlk zərəri isə sonsuzluq, hormonal balansın pozulmasına gətirib çıxarır. Bu süni proteini qəbul edən insanlar proteini qəbul etməyə fasilə verdikdə anidən çəki itirirlər, bədən əzələ kütləsi azalır, orqanizmdə müəyyən ağrılar olur. Qeyd edək ki, süni proteinlərin tərkibində asılılıq yaradan maddələr var. Bu asılılıqdan qaynaqlı əzələlərdə müəyyən ağrılar olur. İnsanları protein qəbul etməzdən öncə peşəkarlardan məsləhət almağı tövsiyə edirəm. Artıq qəbul olunan zülal, protein orqanizmdə böyrək çatışmazlığına gətirib çıxara bilər".


Sağlam ol
Koronavirusdan sağalanların sayı 200 mini keçdi

Koronavirusdan sağalanların sayı...

Sağlam ol
Şirin kartofun bilmədiyimiz faydaları

Şirin kartofun bilmədiyimiz...

Sağlam ol
Baş infeksionistdən əhaliyə MÜRACİƏT

Baş infeksionistdən əhaliyə MÜRACİƏT...

Sağlam ol
Xərçəng xəstəliyinin inkişafına təkan verən maddələr

Xərçəng xəstəliyinin inkişafına...

Sağlam ol
Sarıkökün daha bir MÖCÜZƏVİ FAYDASI üzə çıxdı

Sarıkökün daha bir MÖCÜZƏVİ FAYDASI...

Sağlam ol
Sağlamlığınızı bu yolla test edin

Sağlamlığınızı bu yolla test edin...

Комментарии (0)