09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bu xəstəlikləri olanlara sarıkök ziyan vura bilər

Bu xəstəlikləri olanlara sarıkök ziyan vura bilər
Bu xəstəlikləri olanlara sarıkök ziyan vura bilər


Sarıkök bütün dünyada ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

Sarıkök yeməkərə xoş dad və rəng bəxş edir. Bundan əlavə sarıkök insan sağlamlığı üçün olduqca faydalıdır. Sarıkökün güclü antioksidant xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin sayəsində sarıkök bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.

Saglamolun.az xəbər verir ki, son zamanlar sariköklü içkilərin və kapsul şəklində sarıkökün qəbulu çox populyardır. Lakin nəzərə almaq lazımdır ki, sarıkökün çoxlu miqdarda qəbulu orqanizmə ciddi ziyan vura bilər, zəhərlənmə, həzm sistemi pozulmaları və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Müasir farmakologiyanın banisi Parasels dediyi kimi: "Hər şey zəhərdir, hər şey dərmandır, hər ikisini miqdar təyin edir".

Healthy Holistic Living jurnalında dərc olunmuş məqalədə mütəxəssislər xəbərdarlıq edir ki, sarıkökü gün ərzində 1 ç.q.-dan artıq qəbul etmək olmaz. Bu miqdarın hamısını birdən deyil, 3 dəfəyə qəbul etmək lazımdır. Lakin burada söhbət yalnız sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı sarıkökün istehlakı ziyan vura bilər.

Belə ki, mütəxəssislər hamilə qadınlara sarıkökün istehlakını azaltmağı tövsiyə edirlər. Sarıkök uşaqlığın tonusunu artıra bilər. Keçmişdə doğuşu asanlaşdırmaq üçün qadınlara sarıkök dəmləməsini verirdilər.

3 yaşına qədər uşaqlara sarıkökü vermək tövsiyə edilmir.

Bəzi insanlarda sarıkök allergiya və fərdi dözümsüzlüyə səbəb ola bilər.

Öd daşı xəstəliyi zamanı da sarıkökün qəbulu arzuolunmaz sayılır. Sarıkök güclü ödqovucu xüsusiyyətlərə malikdir ki, bunun nəticəsində öd kisəsində olan daşlar öd axarlarına düşə bilər. Bu isə güclü ağrılara və xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarda bilər.

Sarıkök şəkərli diabet zamanı faydalı sayılır. Lakin sarıkökün çoxlu miqdarda qəbulu şəkərin kəskin düşməsinə səbəb ola bilər ki, bu da şəkərli diabet xəstəsi üçün təhlükəlidir.

Antikoaqulant (qanı duruldan) preparatları qəbul edən və cərrahi əməliyyata hazırlaşan insanlar da sarıkökdən imtina etməlidir. Sarıkök qanın laxtalanmasını azaldır ki, bu da əməliyyat zamanı və qan duruldan preparatların qəbulu fonunda qanaxmaların riskini artıra bilər.

Xora xəstəliyi və qastritin kəskinləşməsi zamanı sarıkökdən imtina etmək lazımdır.

Həmçinin hepatit, xolesistit, piyelonefrit və qlomerulonefrit kimi xəstəliklərin kəskinləşməsi dövründə sarıkökün istahlakı xəstəyə ziyan vura bilər.

Sarıkök arterial təzyiqi salır. Bu səbəbdən hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkənlər sarıkökün istehlakını azaltmalıdırlar.

Təzyiq salan preparatları qəbul edən insanlar da çoxlu miqdarda sarıkök istehlak etməməlidir. Sarıkök bu preparatların orqanizmə olan təsirini gücləndirir və təzyiq çox düşə bilər.

Beləliklə, hətta sarıkök kimi faydalı və müalicəvi ədviyyat da bəzi hallarda sağlamlığa ziyan vur bilər.

Saglamolun.Az
Sağlam ol
Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR

Gecəyarı smatrfondan çox istifadə...

Sağlam ol
Körpədə bişməcə..

Körpədə bişməcə.....

Sağlam ol
Evdə xərçəngi "çağıran" əşyalar - Hər gün istifadə edirsiz

Evdə xərçəngi "çağıran" əşyalar -...

Sağlam ol
Barmaqlarınız tez-tez keyiyir? - DİQQƏT

Barmaqlarınız tez-tez keyiyir? -...

Sağlam ol
"Soyuq su içmək xəstəliklərə yol açır"- EKSPERT

"Soyuq su içmək xəstəliklərə yol...

Sağlam ol
Göz xəstələrinin sayı niyə artır?

Göz xəstələrinin sayı niyə artır?...

Комментарии (0)