09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları

Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları
Boyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir.

Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır.

BiG.AZ medicina.az-a istinadən boyunda xırçıltı, şaqqıltı olmasının səbəblərini təqdim edir.

Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız.

Ağrısız xırçıltı bu hallarda olur:

- Boynunu həddən artıq çox hərəkət etdirənlərdə, arıq insanlarda

- Kalsium mübadiləsi pozulmasında

- Boynun əzələ və bağ aparatına duz yığılmasında

- Döndərici və əyici əzələnin spazmı

- Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi

- Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması

Başı sağa-sola əyəndə, boynu çevirəndə ağrılı xırçıltının səbəbləri:

- Daha mürəkkləb patologiyalardan xəbər verir: ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəlikləri

Ostexondroz zamanı boyun fəqərələri yeyilir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır. Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur.

Müalicə

İlk növbədə yuxarıdakı səbəblər araşdırılmalıdır. əgər xırçıktı müvəqqətidirsə, fizioloji haldırsa, heç bir müalicə tələb olunmur. Sadəcə xəstə boynuna düşən yükü azaltmalı, arada əzələləri rahatlatmalı, yüngül masaj, boyun hərəkətləri etməlidir.

Bu problemin müalicəsi ilə həkim vertebroloq, manual terapevt, nevroloq və fizioterapevt məşğul olur. Siz iri klinikalarda bu həkimləri araşdırıb, müalicə də bilərsiz.

İlk növbədə nevroloqa müraciət edib rentgen və MRT olunur, nəticəyə görə müalicə və terapiya seçilir.

Eləcə də siz Şərq, Çin metodikası üzrə bel, onurğa, boyun möhkəmləndirilməsi gimnastik hərəkətlərini evdə edə bilərsiz. Bu hərəkətlər video və şəkillərlə youtube kanalında var.
Sağlam ol
Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Əsnəmək beyin üçün faydalıdırmı? -...

Sağlam ol
Ağızda acı dad - SƏBƏBLƏRİ

Ağızda acı dad - SƏBƏBLƏRİ...

Sağlam ol
Hansı ayda saçlar daha çox tökülür?

Hansı ayda saçlar daha çox tökülür?...

Sağlam ol
Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə - MÖCÜZƏVİ NƏTİCƏ

Mövsüm xəstəliklərinə qarşı 3 güclü...

Sağlam ol
Kimə bal yemək olmaz?

Kimə bal yemək olmaz?...

Sağlam ol
Bu məşqlər çox təhlükəlidir - Məşhur həkimdən xəbərdarlıq - VİDEO

Bu məşqlər çox təhlükəlidir -...

Комментарии (0)