09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Ayaq qıcolması - səbəbləri, müalicəsi

Ayaq qıcolması - səbəbləri, müalicəsi
İnsanların əksəriyyətinin ayaqlarında qıcolma halları tez-tez müşahidə edilir. İnsan kəskin ağrıdan oyanır. Əksər hallarda qıcolmalar baldırlarda, bəzən pəncələrdə və ayaq barmaqlarında olur. Əgər bu hallar tez-tez təkrarlanırsa, həkimlə məsləhətləşin.

BiG.AZ medicina-ya istinadən xəbər verir ki, ayaqlarda qıcolmalar bəzi ciddi pozulmaların əlaməti ola bilər.

- Mikroelementlərin defisiti. İlk növbədə bu orqanizmdə kalsium, kalium və maqnezium kimi vacib mikroelementlərin defisitinə aiddir.
Belə defisit bəzi dərman preparatların qəbulu (məsələn, sidikqovucu preparatların) nəticəsində mümkündür. Monopəhrizlər də (müəyyən müddət ərzində yalnız hər hansı bir məhsulun qəbulu) orqanizmdə vitamin və mikroelementlərin defisitinə səbəb ola bilər.

Hamiləlik zamanı qadın orqanizmində bu maddələrə olan tələbat artır. Əgər bu maddələr qadın orqanizminə lazım olan miqdarlarda daxil olmazsa, qadın qıcolmalarla rastlaşacaq.

Güclü tərləmə də (isti hava nəticəsində, aktiv idman məşqləri nəticəsində və s.) mikroelementlərin defisitinə gətirib çıxarda bilər.

- Fiziki yükləmələr və idman. Əzələlərin uzun müddət ərzində gərgin olması qıcolmalara səbəb ola bilər.
- Soyuqlama qıcolamlara səbəb ola bilər. Bu halla soyuq suda üzən insanlar rastlaşa bilər.
- Varikoz xəstəliyi ayaqlarda ağırlıq, ağrılar, qıcolamalar kimi simptomlardan başlayır. Əgər siz bu xoşagəlməz hallarla tez-tez rastlaşırsınızsa, fleboloqa və ya damar cərraha müraciət edin.
- Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar ayaqlarda qıcolamalarla tez-tez rastlaşır. Bu xəstəlik zamanı ayaqların qan damarlarında və sinir toxumasında pozulmalar inkişaf edir ki, bu qıcolmalara səbəb olur.

- Ayaqlarda arteriyaların zədələnməsiqıcolmalara səbəb ola bilər. Bu çox ciddi pozulmadır ki, bunun nəticəsində ayaqlarda qan dövranı çox ciddi pozula bilər və insanda hətta qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) inkişaf edə bilər.
- Köhnə travmalar (sınıqlar və s.) qıcolmalara səbəb ola bilər.
- Yastıpəncəliyi olan insanlar qıcolmalardan daha tez-tez əziyyət çəkir.
Ayaqlarda qıcolmalar zamanı ilk yardım məqsədi ilə
- ayağa hər hansı iti əşya (iynə, sancaq) batırmaq və ya ayağı çimdikləmək olar. Bu qıcolmanı çox tez aradan qaldırır.
- Ayaqyalın düz soyuq səthdə bir qədər gəzin.
- Əzələni aktiv şəkildə massaj edin.
Sağlam ol
Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Əsnəmək beyin üçün faydalıdırmı? -...

Sağlam ol
Ağızda acı dad - SƏBƏBLƏRİ

Ağızda acı dad - SƏBƏBLƏRİ...

Sağlam ol
Hansı ayda saçlar daha çox tökülür?

Hansı ayda saçlar daha çox tökülür?...

Sağlam ol
Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə - MÖCÜZƏVİ NƏTİCƏ

Mövsüm xəstəliklərinə qarşı 3 güclü...

Sağlam ol
Kimə bal yemək olmaz?

Kimə bal yemək olmaz?...

Sağlam ol
Bu məşqlər çox təhlükəlidir - Məşhur həkimdən xəbərdarlıq - VİDEO

Bu məşqlər çox təhlükəlidir -...

Комментарии (0)