09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ

Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ
“Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır: “Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz”.

Kardioloq D vitamini əskikliyini aradan qaldırmağın yollarını da açıqlayıb: “20 min xəstəmin 99 faizində D vitamini çatışmazlığı var. Bunun səbəbləri çoxdur. Günəş şüalarını az qəbul etmək, hava kirliliyi, heyvan mənşəli qidalardan, heyvanların daxili orqanlarını yeməkdən imtina etmək bu sıradandır. İllərdir bizə bu qidalar xəstəlik, infarkt səbəbi olduğu deyilirdi.

Ona görə də insanların çoxunda D vitamini əskikliyi var. Bu problemi aradan qaldırmaq üçün təbii qidalar qəbul etməlisiniz. Qışda hansı turşu sevirsinizsə, evdə hazırlayın, içinə əlavə qatqı maddəsini vurmayın. Qışda mütləq evdə hazırlanmış sümük suyu, xaş, ev qatığı, bol sirkə istifadə edilməlidir. Bunlar hamısı sizin üçün lazım olan təbii probiotiklərdir (insan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər”).

Saglamolun.Az
Sağlam ol
Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Əsnəmək beyin üçün faydalıdırmı? -...

Sağlam ol
Ağızda acı dad - SƏBƏBLƏRİ

Ağızda acı dad - SƏBƏBLƏRİ...

Sağlam ol
Hansı ayda saçlar daha çox tökülür?

Hansı ayda saçlar daha çox tökülür?...

Sağlam ol
Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə - MÖCÜZƏVİ NƏTİCƏ

Mövsüm xəstəliklərinə qarşı 3 güclü...

Sağlam ol
Kimə bal yemək olmaz?

Kimə bal yemək olmaz?...

Sağlam ol
Bu məşqlər çox təhlükəlidir - Məşhur həkimdən xəbərdarlıq - VİDEO

Bu məşqlər çox təhlükəlidir -...

Комментарии (0)