09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Daban çatları. SƏBƏBLƏR və HƏLLİ

Daban çatları. SƏBƏBLƏR və HƏLLİ
Daban çatları. SƏBƏBLƏR və HƏLLİ


Daban çatları çox yayılmış problemdir. Kosmetik qüsurdan əlavə belə çatlar ağrı verir, bəzən iltihablaşır və irinləyir.

Daban çatlarının ən yayılmış səbəbi adi gigiyena qaydalarına əməl etməmək və daban dərisinə düzgün olmayan qulluqdur. Ayaqları xüsusilə isti havada hər gün yumaq, daban dərisini vaxtaşırı olaraq ölü hüceyrələrdən təmizləmək, xüsusi ayaq kremi çəkmək lazımdır. Bu sadə tədbirlər daban çatlarının əsas profilaktikasıdır.

Lakin daban dərisini lazım olduqdan artıq pilinq etmək də çox ziyanlıdır. Bu zaman dəri özünü bərpa etməyə çatdırmır və üzərində çatlar əmələ gəlməyə başlayır.

Daban çatlarının digər səbəbləri arasında:

- narahat, dar ayaqqabı və sabo kimi dabanı açıq ayaqqabılar

- ayaq üstə dayanmaq və ya çox gəzməklə bağlı olan iş (bərbər, kassir, kuryer, satıcı və s.)

- vitamin çatışmazlığı (xüsusilə A, E, F vitaminləri)

- şəkərli diabet

- dəmirdefisitli anemiya (qanazlığı)

- mədə-bağırsaq sistemi xroniki xəstəlikləri

- artıq çəki.

Çatlar çox dərindirsə, yara qızarıb və irinləyibsə, mütləq həkimə (dermatoloq və ya cərraha) müraciət edin.

Daha yüngül hallarda tərkibində salisil turşusu olan məlhəmdən, tetrasiklin məlhəmindən istifadə etmək olar. Bu ucuz vasitələr daban çatlarını çox tez sağaldır. Məlhəmlərdən istifadə etdikdən əvvəl ayaqları soda əlavə olunmuş isti suda vanna etmək, quru dərini daban daşı ilə təmizləmək lazımdır. Daha sonra qalın qatla məlhəm çəkilir.

Çaytikanı yağı da daban çatları zamanı çox yaxşı kömək edir.

Saglamolun.Az
Sağlam ol
Əsnəmək beyin üçün faydalıdırmı? - Çox əsnəməyin səbəbləri

Əsnəmək beyin üçün faydalıdırmı? -...

Sağlam ol
Ağızda acı dad - SƏBƏBLƏRİ

Ağızda acı dad - SƏBƏBLƏRİ...

Sağlam ol
Hansı ayda saçlar daha çox tökülür?

Hansı ayda saçlar daha çox tökülür?...

Sağlam ol
Mövsüm xəstəliklərinə qarşı 3 güclü vasitə - MÖCÜZƏVİ NƏTİCƏ

Mövsüm xəstəliklərinə qarşı 3 güclü...

Sağlam ol
Kimə bal yemək olmaz?

Kimə bal yemək olmaz?...

Sağlam ol
Bu məşqlər çox təhlükəlidir - Məşhur həkimdən xəbərdarlıq - VİDEO

Bu məşqlər çox təhlükəlidir -...

Комментарии (0)