09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir. Əksinə ziyan vurur

Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir. Əksinə ziyan vurur
Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir. Əksinə ziyan vurur


Soyuq fəsillərdə soyuqdəymə halları kəskin artır. İnsanlar soyuqdəyməni müalicə etmək üçün müxtəlif preparatlardan istifadə edirlər - vitaminlər, virusəleyhinə preparatlar, immunomodulyatorlar, antibiotiklər, burun damcıları və s.

Lakin Rusiyanın tanınmış tele-həkimi Elena Malışeva sübut edir ki, bu dərmanların əksəriyyəti heç bir terapevtik effekt vermir, bəziləri isə hətta sağlamlığa ciddi ziyan vurur.

Başlayaq C vitaminindən. Belə hesab olunur ki, C vitamini soyuqdəymə zamanı yaxşı kömək edir. Əslində isə real virus əleyhinə effekt üçün 8 qr C vitamini lazımdır. Lakin bu orqanizm üçün çox böyük dozadır ki, belə dozanın birdəfəlik qəbulu ciddi fəsadların inkişafına səbəb ola bilər. Daha az miqdarda qəbul olunduqda isə C vitamini soyuqdəymə zamanı heç bir kömək etmir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, digər soyuqdəymə zamanı tez-tez istifadə olunan preparatlar immunomodulyatorlardır. Malışevanın sözlərinə görə, bu preparatların da sübut olunmuş effektivliyi yoxdur. Bu həmçinin virusəleyhinə preparatlara da aiddir. Viruslar çoxdur və onlar daim mutasiya edir ki, bu səbəbdən universal, bütün virisları öldürən virusəleyhinə preparat hazırlamaq mümkün deyil.

Lakin ən təhlükəli hal soyuqdəymə zamanı həkimin məsləhəti olmadan antibiotiklərdən istifadə etməkdir. Antibiotiklər soyuqdəymənin səbəbi olan viruslara təsir etmir, antibiotiklər yalnız mikrobları öldürür. Beləliklə, soyuqdəymə zamanı antibiotiklər heç bir effekt vermir. Digər tərəfdən antibiotiklərdən tez-tez və yersiz istifadə edən insan öz sağlamlığını çox ciddi təhlükəyə atır. Növbəti dəfə artıq səbəbli yerə təyin olunan antibiotik orqanimə lazım olan müalicəvi təsir etməyə bilər ki, mikroblar artıq bu antibiotikə “öyrəşib” və rezistentlik (dayanıqlıq) formalaşdırıblar. Antibiotiklərə rezistentlik hal hazırda tibb dünyasında ən ciddi və təhlükəli problemlərdən biridir və bu problemin əsas səbəbi məhz antibiotiklərdən yerli-yersiz və tez-tez istifadə etməkdir.

Keçək növbəti effektli olmayan və hətta ziyanlı olan dərman preparatları qrupuna – damar daraldan burun damcılarına. Malışevanın sözlərinə görə, belə damcılar xroniki zökəmə səbəb olur və hətta infarkt və insultun riskini artırır. Bu damcıların əvəzinə duzlu sudan və ya duzlu su əsasında damcı və spreylərdən istifadə etmək lazımdır.
Sağlam ol
Nadir görünən bakteriya panikası - Kişinin burnundan girərək beynini yedi

Nadir görünən bakteriya panikası -...

Sağlam ol
Gözlər ora DİKİLDİ - Koronavirus 72 saat içində...

Gözlər ora DİKİLDİ - Koronavirus 72...

Sağlam ol
Marneulidə daha bir nəfərdə koronavirus aşkarlandı

Marneulidə daha bir nəfərdə...

Sağlam ol
Ədviyyatlardan necə istifadə etməli?

Ədviyyatlardan necə istifadə etməli?...

Sağlam ol
Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

Azərbaycanda koronavirusa...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Комментарии (0)