09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırır

Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırır
Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırır


Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə malikdir.

MAY.AZ medicina.az-a istinadən bildirir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir.

Dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib. Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı təsir edir.

Babasil, anal çatlarızamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.

Palıd qabığı dəmləməsi (qarqara şəklində)damaq problemlərizamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanı da çox yaxşı kömək edir.

Uşaqlarda xroniki tonzillitzamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.

Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.

Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.

Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.Saçlarınız tökülürsə, yuduqdan sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.

Bundan başqa mədə qanaxmaları, xoralar, digər qanaxma və mensturasiya zamanı istifadəsi xeyli mübət təsirə malikdir. Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq yaralarından xilas olmaq olur. 2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7 hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur. Məlhəmi vam odda qaynatmaq və isti-isti sürtmək lazımdır.
Sağlam ol
Nadir görünən bakteriya panikası - Kişinin burnundan girərək beynini yedi

Nadir görünən bakteriya panikası -...

Sağlam ol
Gözlər ora DİKİLDİ - Koronavirus 72 saat içində...

Gözlər ora DİKİLDİ - Koronavirus 72...

Sağlam ol
Marneulidə daha bir nəfərdə koronavirus aşkarlandı

Marneulidə daha bir nəfərdə...

Sağlam ol
Ədviyyatlardan necə istifadə etməli?

Ədviyyatlardan necə istifadə etməli?...

Sağlam ol
Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

Azərbaycanda koronavirusa...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Комментарии (0)