09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Narın bilmədiyimiz faydaları

Narın bilmədiyimiz faydaları
Narın bilmədiyimiz faydaları


Nar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. "Cənnətdən gələn meyvə" ifadəsi də məhz bu anlamda işlənir.

BiG.AZ xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev AZƏRTAC-ın bölgə müxbirinə narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib: "Nar dörd mühüm vitaminlə zəngindir - C, P, B6 və B12. Meyvə və tərəvəzlər arasında vitamin C-nin ən çox olduğu nar immun sisteminə yaxşı təsir göstərir. Vitamin P qan damarlarını, B6 sinir sistemini gücləndirir, B12 hemopoezi yaxşılaşdırır. Amma narın faydası bununla qurtarmır. Qeyd edim ki, narın tərkibində çoxlu turşu lif və tanin maddəsi də var. Narın tərkibində olan maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı faydalıdır və dezinfeksiyaedicidir. Büzücü xüsusiyyətə malik olan və ishal ilə mübarizə aparan tanini xüsusi qeyd etmək lazımdır".

F.İsayevin sözlərinə görə, nar damar divarlarını, sinir sistemi və qan dövranını gücləndirir. Həkimlər yaşlılara və cərrahiyyə əməliyyatına məruz qalanlara bu məqamlara diqqət yetirməyi məsləhət görürlər. Soyuqdəymənin, tiroid vəzinin, kardioloji xəstəliklərin müalicəsində və qarşısının alınmasında da narın faydası böyükdür. Ateroskleroz, qansızlıq və bədəni taqətdən düşmüş xəstələrin müalicəsində nardan istifadənin çox böyük faydası var. Narda olan vitaminlər və mikroelementlər bu cür xəstələrin daha tez sağalmasına kömək edir. Əgər nardan müntəzəm istifadə olunsa, bu, hipertoniyalı xəstələrdə arterial təzyiqin azalmasına müsbət təsir göstərir. Orqanizmə nar ilə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin nizamlanmasına kömək edir. Bu Şərq meyvəsindən müntəzəm istifadə mədə xərçənginin inkişafına mane olur. Nar bronxial astma və anemiya xəstələrinə də faydalıdır. Narın dənəsi və şirəsi bədənin radiasiyaya qarşı müqavimətinin artmasına da kömək edir.

"Narın faydalarını saymaqla qurtarmaq olmaz, tərkibi vitaminlərlə çox zəngindir. Bu meyvə praktiki olaraq bütün xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir", - deyə mütəxəssis bildirib.
Sağlam ol
Təbiət və insan üçün ən ziyanlı ƏRZAQIN ADI AÇIQLANDI

Təbiət və insan üçün ən ziyanlı...

Sağlam ol
Pediatr: Azərbaycanda qurd xəstəlikləri çox geniş

Pediatr: Azərbaycanda qurd...

Sağlam ol
Ağcaqanadlardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Ağcaqanadlardan qorunmaq üçün ƏN...

Sağlam ol
COVID xəstələri neçə gün yoluxdurucu olur?

COVID xəstələri neçə gün...

Sağlam ol
Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

Koronavirus üçün faydalı hesab...

Sağlam ol
Məşhur həkim AÇIQLADI: Dişlərinizi vaxtlı-vaxtında fırçalamasanız...

Məşhur həkim AÇIQLADI: Dişlərinizi...

Комментарии (0)