Bir çoxunuz tətildə sərinləmək, əylənmək üçün üzgüçülük hovuzuna və ya dənizə üz tutursunuz, bəs üzgüçülüyün sağlamlığa faydaları barədə düşünmüsünüzmü? Bu yazımızda üzgüçülüyün 10 faydasından danışacağıq.
1. Kalori yandırmaq üçün idealdırÜzgüçülük kalori yandırmaq üçün fantastik bir üsuldur, qaçış və digər çox tərlədən idmanlara bərabər kalori yandırmağa kömək edir. Məsələn, orta sürətlə üzsəniz, saatda 800 kalori yandıracaqsınız. Bu rəqəm sizin üzgüçülük texnikanıza və sürətinizə görə dəyişə bilər.
2. Məşq bütün bədəni əhatə edirProfessional və ya həvəskar məşğul olmağınızdan asılı olmayaraq, üzmək çox yaxşı seçimdir. Çünki bu zaman bütün bədəniniz hərəkət edir, suya göstərdiyiniz müqavimət səbəbi ilə bədəninizin bütün hissələri işləyir. Üzmək həm də əzələləri, oynaqları gücləndirir, ürək ritmini artırır.
3. Stressdən azad edir və mental sağlamlığı yaxşılaşdırırStress son zamanların ən geniş yayılmış problemidir. O, ailə həyatınızdan iş yerinizdəki münasibətlərə qədər zərər verə bilər. Üzgüçülüyün isə bu problemi aradan qaldırdığı, zehni sağlamlığın yaxşılaşmasına kömək etdiyi sübut edilmişdir. Siz suyun içində olanda həyatın sürətli axışından uzaq qalırsınız, bu da sizi gərginlikdən xilas edir. Üzərkən nəfəs alış-verişinizə və suyun səsinə fokuslanaraq daha çox rahatlaya bilərsiniz.
4. Yatmağa kömək edirAparılan tədqiqatlarda yuxu və üzgüçülük arasında bir əlaqə olduğu ortaya çıxıb. Belə ki, üzgüçülük bütün əzələlərinizi işlədən aerobik məşq olduğundan yuxunuzu tənzimləməyə kömək edir. Mütəmadi üzgüçülüklə məşğul olsanız, yuxusuzluq problemindən xilas olduğunuzu və yuxu keyfiyyətinizin artdığını müşahidə edəcəksiniz.
5. Yara və artritin sağalmasına kömək edirƏgər əvvəlki məşqləriniz zamanı zədə almısınız, amma aktiv həyata davam etmək istəyirsinizsə, üzgüçülük köməyinə çatacaq. Özünüzü çox çətinə salmadan üzmək sağalma prosesinə də müsbət təsir edəcək. Oynaqlara olan müsbət təsiri səbəbiylə oynaq iltihabı xəstəliyi olan artritin müalicəsində də bəzən üzgüçülük məsləhət görülür.
6. Ağciyərin işini yaxşılaşdırırÜzgüçülükdə nəfəs məsələsi ön planda olduğu üçün ağciyərinizin fəaliyyəti yaxşılaşacaq. Bu idman növü astma xəstəliyindən əziyyət çəkənlər üçün ən yaxşı məşqdir.
7. Yaşlanmağın qarşısını alırÜzgüçülük bütün əzələləri işlətdiyi kimi, daxildə də ürək-damar fəaliyyətini yaxşılaşdırır. Təzyiq və xolesterol səviyyəsini azaltmaqla qocalmağı gecikdirir, beyinə və əzələ kütləsinə qan axınını təmin edir.
8. Beyin fəaliyyətini yaxşılaşdırırBu idman növü beyninizin işini yaxşılaşdıra və yaddaşınızın möhkəmlənməsinə kömək edə bilər. Üzgüçülük mental sağlamlığınıza da müsbət təsir etdiyindən beynin daha aydın düşünməsinə, effektli qərar verməsinə səbəb olur. Mütəxəssislər məktəb yaşlı uşaqları sırf bu səbəbdən üzgüçülüyə yönəldirlər.
9. Hamiləlik zamanı ən mükəmməl məşqdirÜzgüçülük hamiləlik zamanı təhlükəsizdir və doğuş zamanı yarana biləcək riskləri azaldır, bu prosesi asanlaşdırır, dözümlülüyü artırır. Su uşağın ağırlığını da qaldırdığından ayaq və bel ağrılarını azaldır. Lakin əvvəlcə, həkimlə məsləhətləşmək vacibdir. Bəzi yüksək riskli hamiləliklərdə üzmək ziyanlı ola bilər.
10. Hər yaş dövrü üçün uyğundurYəqin ki, hələ gəzməyə başlamamış uşaqların spa mərkəzlərində mütəxəssis tərəfindən üzdürüldüyünün şahidi olmusunuz. Bu isə o deməkdir ki, üzgüçülük bütün yaşlarda ideal hobbidir. Su ilə oynamaq əylənəcəli olduğu üçün uşaqlar da valideyn məcburiyyəti olmadan bu idman növünü seçirlər. Orta yaşlı adamlar iş gününün gərginliyini atmaq, beyinlərini sakitləşdirmək, axşam daha keyfiyyətli yatmaq üçün üzgüçülüyə müraciət edirlər. Bu idman növü yaşlı adamların da favoritidir. Digər idmanlar təhlükəli olduğu üçün üzgüçülük aktiv qalmaq istəyən yaşlıların ilk seçimi olur.
Amma üzgüçülüklə məşğul olarkən də diqqətli olmalısınız, bir səhv hərəkətiniz xəsarət almağınıza səbəb ola bilər. Əgər bu işlə professional şəkildə məşğul olmursunuzsa, çətin və cəsarət tələb edən hərəkətləri məşqçi olmadan etməyin.