DataLife Engine / Gürcüstanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 38 nəfər ölüb

Gürcüstanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 38 nəfər ölüb


Gürcüstanda ötən sutkada daha 4 212 nəfərdə koronavirus aşkarlanıb, 1 982 nəfər müalicə olunaraq sağalıb, 38 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 649 407 nəfər yoluxub. Onların 607 563-ü sağalıb, 9 370-i dünyasını dəyişib.
14-10-2021, 11:11
Вернуться назад