DataLife Engine / Son günlər çoxalan qızılca ilə bağlı ARAŞDIRMA - VİDEO

Son günlər çoxalan qızılca ilə bağlı ARAŞDIRMA - VİDEO

Halsızlıq, öskürək, burun axması, yüksək həratət. Qıcılca xəstəliyi ilkin olaraq özünü bu şəkildə biruza verir. Bu əlamətləri ilə respirator virusa bənzəsədə valideynlərin diqqətli olmalarında fayda var.


Xezerxeber.az xəbər verir ki, adi görünən əlamətlər sonda daha ciddi fəsadlar verə bilir.


Həkimlər qızılca ilə bağlı həyacan təbili çalır.


Qızılca çox yoluxucudur və qızılca peyvendi olunmayan hər 10 nəfərdən 9-u yoluxmuş şəxslə təmasda olduqda xəstəliyə tutulur. Virus, yoluxmuş şəxs asqırdıqda və ya öskürəndə hava damcıları ilə yayılır. Qızılcaya məruz qalan şəxsdə, adətən 1-2 həftədən sonra simptomlar göstərməyə başlayır.


Övladlarında bu kimi əlamətləri müşahidə edən valideynlər dərhal həkimə müraciət etməlidirlər.


Qeyd edək ki, Qızılca infeksiyası bir neçə həftə davam edə bilər. Uşaqları qızılcadan qorumağın ən təsirli yolu peyvənddir. Ümumiyyətlə isə həkimlər bildirir ki, məktəb vəya baxçaya gedən uşaqlar bir birləri ilə çox təmasda olmasınlar və maskalardan istifadə etsinlər.

 

26-11-2023, 18:33
Вернуться назад