DataLife Engine / Mövsümi xəstəliklərdən necə qoruna bilərik? -İnfeksionistdən AÇIQLAMA

Mövsümi xəstəliklərdən necə qoruna bilərik? -İnfeksionistdən AÇIQLAMA

Payızın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, yay fəslində fəaliyyətini dayandıran bir çox viruslar payızda öz fəallığını daha da artırır. Lazımı diqqət yetirilmədiyi hallarda isə ciddi problemlər yarada bilir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən həkim- infeksionist Mərdan Əliyev bildirib ki, yay fəslində havaların isti olması ilə əlaqədar olaraq daha çox qida zəhərlənmələrinə və ishallara rast gəlirik:

"Payız fəsəlində isə yolxucu xəstələr daha çox özünü göstərir. Hazırda havaların soyuması və fəsilin dəyişməsi ilə əlaqədar olaraq kəskin resperator infeksiyaları geniş yayılıb ki, bu xəstəlik qızdırma və boğaz ağrısı, ürək bulanma və ishal kimi əlamətlərlə özünü göstərir. Bəzən gün ərzində qızdırma və ishal halı baş verdiyində şəxslər bu əlamətlərə ciddi yanaşmırlar. Lakin saydığımız əlamətlər hər hansı bir şəxsdə varsa mütəq həkimə müraciət etməlidir.
Qeyd edək ki, gündəlik olaraq 8 saatlıq yuxu rejiminə rəiyət etmək, mövsümə uyğun meyvə-tərəvəzlə qidalanmaq, gigiyena qaydalarına əməl etmək, təmiz havada mümkün olduqça çox vaxt keçirmək vurğuladığımız xəstəliklərə yoluxma halını minumuma endirir".



9-09-2024, 10:15
Вернуться назад