11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Çiçək: "Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər"

Çiçək: "Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər"
Çiçək: "Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər"


"Yeni verilişlərim çox yaxşı gedir. Biri şeirlərlə bağlıdır, digəri "Şans mələyi" adlanır. Burada imkansız ailələrin evlərini təmir etdirəcəyik".

MAY.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Çiçək ləqəbli aparıcı Şəhla Vakkas deyib.

O bildirib ki, televiziyanı çox sevmir:

"Mövsüm yeni başlayıb. Mən artıq rəhbərliyə deyirəm ki, mövsüm sonunda verilişləri bitirək. Efiri çox sevmirəm. İşim çoxdur, çatdırmaq olmur. Ona görə də çox işə girə bilmirəm, uzaqda qalıram. Bir də yarımçıq iş edə bilmərəm. Əgər nəyəsə əl atdımsa, onu tam yerinə yetirməliyəm.

Gündəmdə olmağı xoşlamıram. O qədər açılışlara dəvət alıram ki... Mənim dünyama uyğun deyil. Ürəyimcə olmayan nəyisə edə bilmərəm. Bunu edənə pis baxmıram, amma mən o işdən zövq almıram. Əgər bir şey mənə əziyyət verirsə, onu etmirəm".

Çiçək toy dəvətlərini qəbul etmədiyini söyləyib:

"Hədsiz açılış və toy dəvətləri olur. Reklam çəkilişləri deyirlər. Özümü insanlardan bezdirmək istəmirəm. Biri var gəlirsən, bir-iki ilə gözləri yorursan və tükənirsən. Bundan sonra birdəfəlik getməlisən. Məncə, arada gəlib, az görünüb, sonra yox olmaq daha yaxşıdır. Bir də insanların sevgisi önəmlidir. Bunu qazana bildinsə, demək, hər şey əladır".

Aparıcı türkiyəli aktrisa Türkan Şorayın obrazını canlandırmaq təklifi aldığını deyib:

"Bu yaxınlarda bir film təklifi aldım. Orada Türkan Şorayın gəncliyini canlandırmağımı istədilər. Amma razılıq verə bilmirəm, vaxt yoxdur. Səhər salona gedirəm, sonra radioya, oradan televiziyaya. Bir evə gedib, uşağımın da üzünü görüb, dərsləri ilə maraqlanmalıyam axı. Bəziləri hər şeydən uzaq qalmağımı saymazlıqla əlaqələndirir. Bununla heç bir əlaqəsi yoxdur".
Şou-biznes
Sevgili olduqlarını etiraf etdi

Sevgili olduqlarını etiraf etdi...

Şou-biznes
Nadir Tarkanı parodiya etdi, təhqir olundu - VİDEO

Nadir Tarkanı parodiya etdi, təhqir...

Şou-biznes
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar Vadisi"nin aktyoru vəfat...

Şou-biznes
Şeymanın sevgilisindən xəyanət ittihamlarına cavab

Şeymanın sevgilisindən xəyanət...

Şou-biznes
Namiq Qaraçuxurlu: "Saçıma, saqqalıma rəng də qoyduraram"

Namiq Qaraçuxurlu: "Saçıma,...

Şou-biznes
Eminem dörd il sonra ilk albomunu buraxdı

Eminem dörd il sonra ilk albomunu...

Комментарии (0)