09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu

Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu
Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu


"Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur".

BAKU.WS-in məlumatına görə, bu sözləri kult.az-a xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, Xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.

R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:

"Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim".

R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:

"Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.

Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum".

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Şou-biznes
Cennifer Lopezin yataq FOTOSU

Cennifer Lopezin yataq FOTOSU...

Şou-biznes
Məşhur cütlük xəstəxanadan çıxarkən görüntüləndi

Məşhur cütlük xəstəxanadan çıxarkən...

Şou-biznes
Bu da Adnan Oktarın dodaq uçuqladan sərvəti - Lüks avtomobillər, padşahları qısqandıracaq saray ...

Bu da Adnan Oktarın dodaq uçuqladan...

Şou-biznes
Dilan Deniz Çiçekdən Türkiyə gözəlinə dəstək

Dilan Deniz Çiçekdən Türkiyə...

Şou-biznes
Əri Ebruya 15 milyona ABŞ-da ev aldı

Əri Ebruya 15 milyona ABŞ-da ev aldı...

Şou-biznes
“Bəxt üzüyü”nün Sedası elə bir görüntüsünü paylaşdı ki (FOTO)

“Bəxt üzüyü”nün Sedası elə bir...

Комментарии (0)