11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Arif Quliyevin xanımının vəziyyəti ağırdır: "İnsult keçirib, beş gündür, yatmırıq"

Arif Quliyevin xanımının vəziyyəti ağırdır: "İnsult keçirib, beş gündür, yatmırıq"
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.


Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.


"Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq", - deyə aktyorun oğlu bildirib.


Sənətkarın oğlu bildirib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib.


"Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam, ümumiyyətlə, atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstələnəndə daim yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi", - deyə Rövşən Quliyev bildirib.
Şou-biznes
"Mənimlə evliykən başqasından uşaq abort etdirib" - FOTOLAR

"Mənimlə evliykən başqasından uşaq...

Şou-biznes
Cəmilə Tağızadə: "Bahalı maşınları onlar aktrisalıq ilə qazanmayıblar"

Cəmilə Tağızadə: "Bahalı maşınları...

Şou-biznes
Sobçak ərə getdi - VİDEO

Sobçak ərə getdi - VİDEO...

Şou-biznes
Kənan M.M nazir olmaq istəyir

Kənan M.M nazir olmaq istəyir...

Şou-biznes
Elnarə makiyajsız fotolarını paylaşdı, təhqir etdilər: "Makiyajsız çölə çıxma"

Elnarə makiyajsız fotolarını...

Şou-biznes
İlkin Həsəni: “ Onun-bunun həyatına burnunu soxmayan...”

İlkin Həsəni: “ Onun-bunun həyatına...

Комментарии (0)