11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?

Gənc yaşda vəfat edən meyxanaçılar: Onlar niyə uzun yaşamırlar?

Məşhur meyxanaçı Elnur Valehin gənc yaşda vəfat etməsi xəbəri böyük kədər hissi ilə qarşılanıb. Uzun zamandır şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən söz ustası bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. Aldığı bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli olan meyxanaçıdan bir azyaşlı qız övladı yadigar qalıb.

Azxeber.com gənc yaşda vəfat edən meyxanaçılar haqqında icmalı təqdim edir.

Kəbir Azəri - İlk dəfə meyxana deməyə 12 yaşında başlayan Kəbir Azərinin meyхanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi оlub. O, 1997-ci ilin yanvarın 19-da meyxanaçı Nizami Rəmzi ilə birgə qəzada həlak olub. Bu zaman onun 37 yaşı var idi.

Mirsadıx Maştağalı da qəzada həyatını itirən meyxanaçılardandır. 2010-cu ildə avtomobili "Kamaz"la toqquşan Mirsadıx 3 gün koma vəziyyətində qalıb və 31 yaşında vəfat edib.

Elçin Maştağalı (Atakişiyev) ən yaxın dostu tərəfindən söyüş söydüyünə görə bıçaqlanaraq qətlə yetirilib. Xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Onun şəxsi vikipediyasında yer alan məlumatlara görə, Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Yüngül yaralanan 26 yaşlı meyxanaçı xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan ölüb. Nəticədə, aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir.

Məşədibaba - 1994-cü ildə yaxın dostunu qətlə yetirdiyi üçün 6 il müddətinə həbs olunur. Şahidlərin sözlərinə görə 2000-ci ildə həbsdən çıxan şairin ilk getdiyi yer Elçinin məzarı olur. Habsdən çıxandan sonra içki aludəçisi olan Məşədibaba ailəsini itirir, xanımı oğlu Mircəlal ilə birlikdə atası evinə geri ayıdır. Xanımını evə qaytarmaq üçün onun evinə gedən 39 yaşlı meyxanaçı rədd cavabı aldığı üçün üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orada can verir.

Vüqar Biləcəri - Təxəllüsünün "Biləcəri" olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. İlk dəfə "De, gəlsin" yarışmasına qatılan Vüqar münsiflərin səsverməsi ilə 2-ci yerə qədər yüksəlib. Deyilənə görə, 25 yaşına qədər tütün məmulatlarından istifadə etməyən meyxanaçı, bir həmkarının ucbatından narkotik aludəçisinə çevrilir. Vüqar dünyasını dəyişməsindən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. O, 32 yaşında vəfat edib.

Aydın Xırdalanlı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. 1995-ci ildən meyxana deməyə başlayıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. O, 42 yaşında dünyasını dəyişib.

Elçin Alatavalı - vaxtilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmaqdan imtina edib. Elçin uzun sürən xəstəlikdən sonra ötən il dünyasını dəyişib.

Vüqar Coratlı - 37 yaşlı meyxanaçı səhhətində yaranan problemə görə qəfil dünyasını dəyişib. O, ANS-də yayımlanan məşhur "De, Gəlsin" meyxana yarışmasının iştirakçılarından olub. Corat qəbiristanlığında dəfn edilib.

Nizami Rəmzi - Azərbaycanda ilk musiqili meyxananın yaradıcısı kimi bilinən məhz Nizami Rəmzidir. Nizami Rəmzi meyxananı daha da təsirli, maraqlı, sevilən edərək özünü novator kimi təsdiq edə bilib. Onun sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində populyarlıq qazandı və o, ilk dəfə müğənni ilə duet ifa edən meyxanaçı olaraq tarixə düşdü. 50 yaşlı meyxanaçı 1997-ci il yanvarın 19-da meyxana ustası Kəbir Azəri ilə birgə keçirdiyi avtomobil qəzasında həlak olub.


Şou-biznes
Sevgili olduqlarını etiraf etdi

Sevgili olduqlarını etiraf etdi...

Şou-biznes
Nadir Tarkanı parodiya etdi, təhqir olundu - VİDEO

Nadir Tarkanı parodiya etdi, təhqir...

Şou-biznes
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

"Kurtlar Vadisi"nin aktyoru vəfat...

Şou-biznes
Şeymanın sevgilisindən xəyanət ittihamlarına cavab

Şeymanın sevgilisindən xəyanət...

Şou-biznes
Namiq Qaraçuxurlu: "Saçıma, saqqalıma rəng də qoyduraram"

Namiq Qaraçuxurlu: "Saçıma,...

Şou-biznes
Eminem dörd il sonra ilk albomunu buraxdı

Eminem dörd il sonra ilk albomunu...

Комментарии (0)