DataLife Engine / Azadlığa çıxan Dilan Poladın ilk görüntüləri

Azadlığa çıxan Dilan Poladın ilk görüntüləri

Məşhur türkiyəli fenomen Dilan Polat azadlığa buraxılıb.

Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, məhkəmə onun istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib. Məlumata görə, Dilan Polat bu gün cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu və Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə aylardır həbsdə olan məşhur türkiyəli sosial şəbəkə fenomeni Dilan Polatla bağlı məhkəmə yeni hökm çıxarıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, məhkəmə Dilan Polatın həbssiz mühakimə olunmasına qərar verib.

Türkiyəli jurnalist Emrullah Erdinç bununla bağlı özünün "X" hesabında etdiyi paylaşımda Dilan Polatın azadlığa buraxılmasına qərar verildiyini açıqlayıb.

"Ötən ay həbs-qətimkan tədbirinin qiymətləndirilməsinə etiraz edən vəkil Sevinç Horozun vəsatətini qiymətləndirən yuxarı instansiya məhkəməsi Dilan Polatın həbssiz mühakimə olunmasına qərar verib", - deyə jurnalist qeyd edib.

11 aydır həbsxanada saxlanılan Dilan Polatın tezliklə Mərmərə həbsxanasından çıxacağı gözlənilir.


20-08-2024, 08:14
Вернуться назад