DataLife Engine / "Son günlər şou-biznesdə "Aygünləşmə" prosesi gedir"

"Son günlər şou-biznesdə "Aygünləşmə" prosesi gedir"

"Son günlər Aygün Kazımova maniyası hökm sürür, yəni "Aygün Kazımovalaşma" prosesi gedir. Bunu açıq-aşkar müşahidə edirəm".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb. O, son günlər bir çox ifaçının Xalq artisti Aygün Kazımovanın obrazlarını təkrarladığını bildirib:

"Düzdür, bu lələkli obrazlar 10 il bundan əvvəl dəbdə idi. Məsələn, restoranda rəqqaslar bu geyimləri geyinirdi, yəni bu obrazlar hər zaman mövcud olub. Lakin demək olar ki, son illərdə şou-biznesdə bu lələkli obrazlardan istifadə edilmirdi. Aygün Kazımovanın "Dream Fest"dəki çıxışından sonra isə bir çox müğənnilər, hətta konsertlərdə də bu obrazı təkrarlamağa başladılar, fotosessiyalar çəkdirdilər. Beləliklə, Aygün Kazımova doğrudan da bir lokomotivdir. O, dəbi dəyişdirə bilir və müğənnilərə, stilistlərə yeni obrazlar təqdim edir. Ancaq bunun bir tərəfi də var ki, bu obrazlar hər kəsə uyğun olmur".


27-08-2024, 12:47
Вернуться назад