DataLife Engine / Erdoğanı sevdiyimə görə linç olundum - Zerrin Özer

Erdoğanı sevdiyimə görə linç olundum - Zerrin Özer

Türkiyənin məşhur ulduzu Zerrin Özer prezident Recep Tayyip Erdoğanı sevməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı post başına bəla olub.


OLAY yazır ki, bununla bağlı 66 yaşlı sənətçi jurnalistlərə söhbətində danışıb.


"Bu, mənim üçün çox dəyərlidir. Əvvəllər də prezidentimizi sevdiyimi ifadə edəndə ağır linç prosesindən keçdim. Mən şəxsi mənafeyi düşünən adam deyiləm. Hisslərimi səmimiyyətlə bildirdim və buna görə aylarla psixoloji təsirləndim. Konsertlərim ləğv olundu və sosial şəbəkələrdə ciddi ittihamlarla üzləşdim. Həyatımda nifrətə yer yoxdur, ona görə də yaşadığım linçləri anlamaqda çətinlik çəkirəm", - deyə Z.Özer vurğulayıb.


27-08-2024, 12:58
Вернуться назад