DataLife Engine / Ancelina Coli sevgilisi ilə görüntülənib?

Ancelina Coli sevgilisi ilə görüntülənib?

Aktrisa Ancelina Coli sevgilisi olduğu iddia edilən Akala ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Star" məlumat yayıb.

Ancelina Coli 40 yaşlı britaniyalı reper Akala ilə Venesiya Film Festivalında birlikdə görüntülənib. Aktrisa bu tədbir üçün "Tom Ford" brendindən olan paltar seçib. İnsayderlərin bildirdiyinə görə, Coli və Akala 2023-cü ilin may ayında Yamaykada, aktrisa və qızları Şilo və Zahara ilə birlikdə tanış olublar.

Avqustun 29-da Venesiya Film Festivalında Ancelina Colinin baş rolda oynadığı "Mariya" filminin premyerası baş tutub. Filmin çəkilişləri Budapeşt, Paris, Yunanıstan və Milanda aparılıb. Rollarda həmçinin Pyerfrançesko Favino, Alba Rorvaher, Kodi Smit-McPhee və başqaları yer alıb.

Qeyd edək ki, Ancelina Colinin altı övladı var: oğulları Meddoks Şivan, Paks Tyen və Noks Leon, qızları Zahara Marli, Şaylo Nuvel və Vivyen Marşelin. Onların hamısı əvvəlcə Coli-Pitt soyadını daşıyıb, baxmayaraq ki, yalnız üçü - Şaylo, Noks və Vivyen - Ancelina və Bred Pittin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə Coli boşanmaq üçün ərizə verib, lakin bu proses rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb. Hazırda onlar əmlak bölgüsü ilə məşğuldur.





30-08-2024, 06:46
Вернуться назад