DataLife Engine / Əri Ebruya 15 milyona ABŞ-da ev aldı

Əri Ebruya 15 milyona ABŞ-da ev aldı

Əri Ebruya 15 milyona ABŞ-da ev aldı


İş adamı Uğur Akkuş həyat yoldaşı Ebru Şallıya sürprizləri davam edir.

Biznesmen bu dəfə Beverly Hills-də dəyəri 15 milyon dollar olan bir malikanə alıb. Üç ay əvvəl nikah masasına oturan Ebru Hollivud ulduzlarına qonşu olub.

Los-Ancelesin ən məşhur bölgəsindəki evi iş adamı hərracda alıb. Cütlük vaxt tapanda ora gedib, istirahət edəcək. Onlar birdəfəlik ABŞ-a köçməyi düşünmədiyini deyib.

Ev 12 otaq, iki havuz, idman zalı və tenis sahəsindən ibarətdir. Həmin bölgədə Cennifer Lopes, Ancelina Coli və Madonna kimi məşhurların da evi var.(axşam)
30-11-2019, 16:46
Вернуться назад