11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Səhiyyə Nazirliyi 12 yaşlı "oğlan"ın qız olmasına münasibət bildirdi

Səhiyyə Nazirliyi 12 yaşlı "oğlan"ın qız olmasına münasibət bildirdi
Səhiyyə Nazirliyi 12 yaşlı "oğlan"ın qız olmasına münasibət bildirdi


Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib.

Nazirlikdən APA-ya bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, axşam.az saytı Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdiriləcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq.

Əməliyyatı keçirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: "Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

Əlavə edək ki, əməliyyat artıq keçirilib.
Sosial
Qızıl 3 dollaradək bahalaşacaq

Qızıl 3 dollaradək bahalaşacaq...

Sosial
Azərbaycanda enerji içkilərinin satış qaydaları dəyişir - RƏSMİ

Azərbaycanda enerji içkilərinin...

Sosial
Bazarda bu məshullar bahalaşdı (QİYMƏTLƏR)

Bazarda bu məshullar bahalaşdı...

Sosial
“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub

“Böyük Ermənistan” xəritəsinin...

Sosial
Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB

Mağazalarda bəzi malların üzərində...

Sosial
10 milyona az qaldıq

10 milyona az qaldıq...

Комментарии (0)