11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İctimai nəqliyyat sektorunda karantin rejimindən çıxış hansı mərhələlərlə olmalıdır?

İctimai nəqliyyat sektorunda karantin rejimindən çıxış hansı mərhələlərlə olmalıdır?
İctimai nəqliyyat sektorunda karantin rejimindən çıxış hansı mərhələlərlə olmalıdır?


Ötən gün Nazirlər Kabinetindən verilən məlumatda bu həftə uzadılmış karantin rejimindən mərhələli çıxış planının hazırlanacağı bildirildi. Nəzərə almalıyıq ki, karantin rejimi çərçivəsində əsas diqqət yönəldilən və ciddi tədbirlər tətbiq edilən sahələrdən biri də ictimai nəqliyyat sektorudur. Bəs görəsən ictimai nəqliyat sektorunda karantin rejimindən çıxış hansı mərhələlərlə yerinə yetirilməlidir?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bu barədə Qaynarinfo-ya verdiyi açıqlamada bildirib ki, vacib məsələlərdən biri yollarda ayrıca avtobus zolaqlarının ayrılmasıdır:

"Yollarda ayrıca avtobus zolaqlarının ayrılması çox təqdirəlayiq olar. Hazırda yollarda postlar qurulub və şəxsi nəqliyyat vasitələri yoxlanılır. Bu postlar bütün növ nəqliyyat vasitələrinin dayanaraq gözləməsinə, vaxt itirməsinə səbəb olur. Operativ nəqliyyat vasitəsi də şəxsi avtomobillərlə eyni cərgədə gedir. Yaxşı olardı ki, əlavə zolaq ayrılsın və operativ nəqliyyat vasitələri həmin zolaqla gedib-gəlsinlər. Bu zaman hərəkətin effektivliyi və fasiləsizliyi təmin oluna bilər.
Metronun fəaliyyəti bərpa edildikdən sonra paralel olaraq ekspress avtobuslardan da istifadə edilməsi sərnişin sayının çox olduğu ərəfədə effektli olacaq. Xüsusən indiki şərait üçün ekspress avtobusların fəaliyyəti çox lazımlıdır. Lakin bizim üçün daha önəmli olan yollarda xüsusi avtobus zolaqlarının ayrılmasıdır. Bununla müntəzəm avtobus xətlərinin ayrıca bir zolaqla hərəkət etməsi təmin ediləcək ki, bu da birbaşa fasiləsiz, tıxacsız hərəkət axınına və avtobuslararası intervala təsir edəcək. Xüsusi avtobus zolaqlarının təşkil edilməsi indiki mərhələdə çox effektiv bir həll yoludur. Gələcəkdə də bu təcrübə sərnişindaşımada xeyli təsirli olacaq. Şəhərdə yetərincə geniş küçə və prospektlər var. İlkin mərhələdə həmin küçə və prospektlərdə zolaqların çəkilməsinə başlanılsa daha doğru olar. Eyni zamanda kameralar quraşdırmaq və cərimələr tətbiq etməklə həmin zolaqlara ciddi nəzarət olunmalıdır”.

Ekspert qeyd edib ki, postkoronavirus dövründə də bir müddət SMS-lə icazə sistemindən istifadə olunmalıdır:

"Karantin rejiminə keçid edilərkən metronun fəaliyyəti saatlara bölünərək məhdudlaşdırıldı. Karantindən çıxarkən də həmin mərhələli şəkildə bu fəaliyyət bərpa edilməlidir. Yəni ilk olaraq metronun fəaliyyətini axşam və səhər saatlarında bərpa etməklə sonradan normal qrafikin tətbiq edilməsi mümkün olacaq. Postkoronavirus dövründə də bir müddət SMS-lə icazə sistemindən istifadə olunmalıdır. Eyni zamanda sosial məsafənin qorunmasına davam edilməlidir. Ehtimal edirəm ki, ilkin mərhələdə normal günlərə nisbətdə insan axını az olacaq.

İlkin postkoronavirus dövründə iş yerlərində də başlanma və bitmə saatlarının sürüşkən qrafiklə təşkil olunması sıxlığın azalmasına səbəb olar. Nəticədə insanların eyni anda dayanacaqlarda toplanmasının qarşısı alınar. Bununla bağlı bizdə I Avropa Oyunları təcrübəsi var. Bu təcrübəni pandemiya bitəndən sonra da tətbiq etmək olar. Hansı müəssisələrdə belə bir addımın atılması mümkündürsə biz orada həmin fürsəti dəyərləndirməliyik. Bütün bunlar ümumi insan axınına ciddi təsir edən amillərdir”.
Sosial
Azərbaycanda pensiya kapitalından istifadə ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya kapitalından...

Sosial
DİM sədrindən valideynlərə çağırış: "Çox səhv yanaşmadır"

DİM sədrindən valideynlərə çağırış:...

Sosial
“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR

“WhatsApp” istifadəçiləri...

Sosial
Britaniya: Ölkəyə kütləvi hücum olacaq

Britaniya: Ölkəyə kütləvi hücum...

Sosial
Naxçıvanda əhalinin sayı artıb

Naxçıvanda əhalinin sayı artıb...

Sosial
"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ

"Qarabağ"ın futbolçusundan xüsusi...

Комментарии (0)