09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur


29 dekabr 2016-cı il, Bakı - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılmış və Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanmışdır.

Çox qısa zaman kəsiyində Administrasiya ölkəmizdə mülki aviasiyanın inkişafına böyük töhfə vermişdir. Onlarla beynəlxalq təşkilat və dövlət qurumları ilə danışıqlar aparılmış, bunun sayəsində yeni sərnişin və yük marşrutlarının açılması ilə bağlı razılaşmalar əldə olunmuşdur. 2006-2016-cı illərdə 14 ölkə ilə Hava əlaqəsi haqqında Sazişlər imzalanmağa hazırlanmış və Azərbaycan Respublikası Höküməti səviyyəsində imzalanmışdır. 20 ölkənin aviasiya administrasiyaları ilə isə belə Sazişlərin mətnləri razılaşdırılmışdır.

Azərbaycan Mülki Aviasiya Administrasiyası mülki aviasiyanın inkişafı, yeni aviadaşıyıcıların cəlb olunması və yeni beynəlxalq istiqamətlərin açılması məsələsində bundan sonra da səylə çalışacaq.

Fürsətdən istifadə edərək Mülki Aviasiya Administrasiyası öz adından qarşıdan gələn Yeni İl və Həmrəylik Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
Sosial
Mehman cəriməni 1 kisə qəpiklə ödəyəcək (FOTO)

Mehman cəriməni 1 kisə qəpiklə...

Sosial
AZAL-a yeni vitse-prezident təyin olunub

AZAL-a yeni vitse-prezident təyin...

Sosial
Türkiyədə biabırçı xəyanət: Ər arvadının şagirdinə göndərdiyi çılpaq fotoları ifşa etdi və ...

Türkiyədə biabırçı xəyanət: Ər...

Sosial
Bakıda qurumuş ağaclar utilizasiya edilir - Fotolar

Bakıda qurumuş ağaclar utilizasiya...

Sosial
Sürücülərin nəzərinə! Bu qəsəbəyə giriş məhdudlaşdıldı

Sürücülərin nəzərinə! Bu qəsəbəyə...

Sosial
Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

Bu il Azərbaycanda 100 uşaq...

Комментарии (0)