11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Nazirlikdən abunə haqlarının ödənişi ilə bağlı açıqlama - Yenilik olacaq

Nazirlikdən abunə haqlarının ödənişi ilə bağlı açıqlama - Yenilik olacaq
Nazirlikdən abunə haqlarının ödənişi ilə bağlı açıqlama - Yenilik olacaq


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır.

BAKU.WS-in məlumatına görə, nağdsız ödənişlərə tələb yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsi ilə qəbul ediləcək. Buna səbəb, müvafiq Qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.

Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan "Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk "Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyov, 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində "Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Sosial
Qızıl 3 dollaradək bahalaşacaq

Qızıl 3 dollaradək bahalaşacaq...

Sosial
Azərbaycanda enerji içkilərinin satış qaydaları dəyişir - RƏSMİ

Azərbaycanda enerji içkilərinin...

Sosial
Bazarda bu məshullar bahalaşdı (QİYMƏTLƏR)

Bazarda bu məshullar bahalaşdı...

Sosial
“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub

“Böyük Ermənistan” xəritəsinin...

Sosial
Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB

Mağazalarda bəzi malların üzərində...

Sosial
10 milyona az qaldıq

10 milyona az qaldıq...

Комментарии (0)