11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Rafael Cəbrayılovun ölümü ilə bağlı təfərrüatlar - Keçmiş deputat son nəfəsində nə deyib?

Rafael Cəbrayılovun ölümü ilə bağlı təfərrüatlar - Keçmiş deputat son nəfəsində nə deyib?
Keçmiş deputat Rafael Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, koronavirus infeksiyasına yoluxan keçmiş deputat Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunurmuş. Bir neçə gün əvvəl onun vəziyyəti ağırlaşıb və bu gün səhər saatlarında öldüyü məlum olub. Rafael Cəbrayılovun nəşi morqa aparılıb.

"Rafael Cəbrayılov işi"ndə zərərçəkən kimi tanınan şəxslərdən biri keçmiş deputatın ölümündən xəbər tutan kimi morqa gedib və orada Rafael Cəbrayılovun yaxınlarından heç kəsin olmadığını görüb.
Əldə etdiyimiz məlumata görə, keçmiş deputat son gününə qədər qardaşları Rauf Cəbrayılovla Elşən Cəbrayılovu ittiham edib. O, vəziyyəti ağırlaşan zaman zərərçəkənlərə xəbər göndərərək bildirib ki, baş verənlərdə onun suçu yoxdur. Onları aldadan qardaşları olub.
"Dedi ki, qardaşlarım məni müflis etdi, həbsxanaya düşməyimə səbəb oldu. Koronavirusdan öləcəyinə inanmırdı. Deyirdi ki, yaxınlarımın etdikləri məni öldürəcək. Sözlərindən məlum olurdu ki, həbsxanada da ona baş çəkməyiblərmiş", adının çəkilməsini istəməyən zərəçəkənlərdən biri bildirib.
Rafael Cəbrayılovun 8 nəfərə ümumi olaraq 1 milyon 550 min dollar borcu var idi. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar
Bundan başqa Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla ondan 240 min manat məbləğində pul vəsaitini alıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan keçmiş deputatın işi məhkəmə mərhələsində idi.

Sosial
Qızıl 3 dollaradək bahalaşacaq

Qızıl 3 dollaradək bahalaşacaq...

Sosial
Azərbaycanda enerji içkilərinin satış qaydaları dəyişir - RƏSMİ

Azərbaycanda enerji içkilərinin...

Sosial
Bazarda bu məshullar bahalaşdı (QİYMƏTLƏR)

Bazarda bu məshullar bahalaşdı...

Sosial
“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub

“Böyük Ermənistan” xəritəsinin...

Sosial
Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB

Mağazalarda bəzi malların üzərində...

Sosial
10 milyona az qaldıq

10 milyona az qaldıq...

Комментарии (0)