11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsin həyat yoldaşı: Mən bu məsələdə ərimin yanındayam

11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsin həyat yoldaşı: Mən bu məsələdə ərimin yanındayam
Son iki gündür ki, İmişlidə baş vermiş tükürpədici zorlama hadisəsinin yeni təfərrüatları ortaya çıxıb.
Milli.Az xəbər verir ki, 11 yaşında atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən məktəblinin bibisi AzTimes.az-a açıqlamasında bildirib ki, atalıq Qurban Qurbanov azyaşlı ilə əlaqəsinin olmasını inkar etsə də bütün faktlar ona aparıb çıxarır:
-Qardaşım rəhmətə gedərkən uşaqlar lap körpə idi. Gəlinimiz Günay qardaşımın ölümündən sonra düz beş il bizlə yaşadı. Sonra atası evinə köçməyə qərar verdi. Orada az müddət qaldı. Valideynləri ilə yola getmədi. Yenidən bizim yanımıza döndü.
-Nə vaxt ailə qurub?
-5 dekabr 2020-ci ildə. Əslində ailə qurmaq demək olarsa. O, Qurbanla təsadufən- telefonunu satmağa gedərkən tanış olub. Qısa zaman ərzində də molla kəbini ilə bir yerdə yaşamağa başlayıblar. Qurban öz xalası qızı ilə rəsmi nigahda idi. Bunu ikinci arvad kimi almışdı.
-Bəs həyat yoldaşı buna etiraz etmirdimi?
-Həyat yoldaşı öz xalası qızıdır. Onunla hadisədən sonra əlaqə saxladım. Dedi ki, mən dinimizə qarşı çıxa bilmərəm. İslam dini 4 arvad almağı halal buyurub. Mən bu məsələdə həyat yoldaşımın yanındayam.
-Bəs bir körpənin cinsi zorakılığa məruz qalmasına necə fikir bildirdi?
-Bildirdi ki, mən əlimdə nə varsa satıb həyat yoldaşımı məsuliyyətdən qurtaracam.
Onların ailəsində azyaşlıların cinsi istismarı normal haldır. Qurban Qurbanovun öz qızı 12 yaşında qaçırılıb. Ailə bunu şəriətə uyğun normal hal kimi qəbul edib. Onlar hər kəlmələri də deyirlər ki, İslamda 9 yaşından sonra qızın kəbin olması halal buyurulur.
-Anası bütün olanlara nə reaksiya verir?
-Heç bir reaksiya yoxdur. Ana şokdadır. Bütün olanları həzm edə bilmir. Bu faciəni beyin qaldırmır. Qurban saxlanılıb, dindirilir.
-Bəs azyaşlı qızın bundan sonrakı talehi necə olacaq?
-Bu barədə valideynlərim (zorakılığa qalmış qızın ata nənə-babası) bu qənaətə gəliblər ki, onların rayonda qalması düzgün deyil. Ona görə də rəsmi şəkildə müraciət edərək bacı və qardaşın anadan alınaraq Kəmalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına yerləşdirilməsini istəyirlər.
Sosial
Qızıl 3 dollaradək bahalaşacaq

Qızıl 3 dollaradək bahalaşacaq...

Sosial
Azərbaycanda enerji içkilərinin satış qaydaları dəyişir - RƏSMİ

Azərbaycanda enerji içkilərinin...

Sosial
Bazarda bu məshullar bahalaşdı (QİYMƏTLƏR)

Bazarda bu məshullar bahalaşdı...

Sosial
“Böyük Ermənistan” xəritəsinin “qəhramanı” barədə müdhiş xəbər: Nazirin dostu olub

“Böyük Ermənistan” xəritəsinin...

Sosial
Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB

Mağazalarda bəzi malların üzərində...

Sosial
10 milyona az qaldıq

10 milyona az qaldıq...

Комментарии (0)