11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib

Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib
Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib


Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə 1-ci sinfə qəbul zamanı valideynlər elektron ərizələrində arzu etdikləri müəllimləri seçə biləcəklər: "Sistem ilk müraciət edən 25 uşağı qəbul edəcək. Normativ yerinə yetdikdən sonra valideynlər digər müəllimləri də seçə bilərlər".

İ.Abdullayeva qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə bəzi valideynlər uşaqlarını müsabiqədənkənar qoya biləcəklər: "Əgər valideyn elektron ərizəsində həmin məktəbin adını qeyd edibsə və rəsmi qeydiyyatla məktəb üzrə müəyyən olunmuş mikroərazidə yaşayırsa, o zaman uşaq bu məktəblərə müsabiqədənkənar qəbul oluna biləcək. Digər uşaqlar isə qəbul olunmuş qaydalara uyğun olaraq, müsahibədə iştirak edəcəklər. Məktəb direktoru uşağın bu ərazidə yaşayıb-yaşamamasını yoxlamaq hüququndan məhrumdur. Bu, sistem tərəfindən yoxlanacaq".

İ.Abdullayeva deyib ki, mikroərazidə yaşayan valideynlərin uşaqlarının müsabiqədənkənar qəbul məsələsi 3 məktəbə şamil edilməyəcək və onlar bu sırada istisnalıq təşkil edəcək. Həmin məktəblər "Avropa" liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət Gimnaziyasıdır.

İ.Abdullayeva əlavə edib ki, bu il valideynlərin adi ümumtəhsil müəssisələrinə sənəd təqdim edərkən özləri ilə uşaqlarını gətirməsinə ehtiyac olmayacaq. Bu isə o deməkdir ki, uşaqlar üçün müsahibə keçirilməyəcək.

İ.Abdullayeva deyib ki, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan və dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq kurslarına cəlb olunan uşaqlar dövlət məktəblərinin 1-ci sinfinə müsabiqədən kənar qəbul olunacaqlar.
Sosial
Bakıda evlərdə seks xidməti: Ünvan da bəllidir, qiymət də...- FOTO

Bakıda evlərdə seks xidməti: Ünvan...

Sosial
Nazir: "Əhaliyə sosial ödənişlər 10 % artacaq"

Nazir: "Əhaliyə sosial ödənişlər 10...

Sosial
Xarici pasportun itməsinə görə ödəniləcək cərimələrin miqdarı AÇIQLANDI

Xarici pasportun itməsinə görə...

Sosial
Uşağın qarnında ağrı, qusma varsa... – VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Uşağın qarnında ağrı, qusma...

Sosial
Niyə qadınlar elmə maraq göstərmir?

Niyə qadınlar elmə maraq göstərmir?...

Sosial
Əmrah Cəfərova yeni vəzifə verildi

Əmrah Cəfərova yeni vəzifə verildi...

Комментарии (0)