11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Telekanallarımız Zəhra ilə bağlı niyə matəm etmədi? - RƏSMİ AÇIQLAMA

Telekanallarımız Zəhra ilə bağlı niyə matəm etmədi? - RƏSMİ AÇIQLAMA
Telekanallarımız Zəhra ilə bağlı niyə matəm etmədi? - RƏSMİ AÇIQLAMA


İyulun 4-də erməni təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması hər bir azərbaycanlının faciəsidir.

Ölkə KİV-lərinin gündəmi 3 gündür Alxanlı faciəsinə köklənib. Saytlar, xəbər agentlikləri, sosial şəbəkə fəalları erməni vəhşiliyini dünyaya çatdırmaq üçün xüsusi fəallıq göstərirlər.

Belə məqamda telekanaların çal-çağırlı şouları, musiqili proqramları insanların etirazına səbəb olur. Bildirilir ki, hamının Zəhra üçün göz yaşı tökdüyü halda, efirlərdə bayram əhval-ruhiyyəli verilişlərin getməsi yolverilməzdir.

BAKU.WS-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov AzVision.az-a bildirib ki, xəbər saytları, sosial şəbəkələrlər televiziya kanalları ilə eyni deyil. Çünki sosial şəbəkədə, saytda materialı yeniləmək, dəyişmək asandır. Amma televiziyaların proqramı əvvəlcədən hazırlanır, təsdiq olunur.

"Bunlara müdaxilə çətinlik yaradır. Əlbəttə ki, lazım gəlsə, bunu etmək olar. Amma bunu kanallardan biz rəsmi şəkildə yalnız matəm günlərində tələb edə bilərik. Həm də nəzərə alınmalıdır ki, biz müharibə şəraitindəyik. Təəssüf ki, bu cür itkilərimiz tez-tez olur. Biz hər dəfə efirdə bütünlüklə yas əhval-ruhiyyəsi yaratsaq, düşmən sevinər və istədiyinə nail olduğunu düşünə bilər. Bu mənada məsələnin psixoloji tərəflərini də nəzərə almaq lazımdır. Lakin dünən efirlərdə yayımçılar cəbhədə baş verənlərlə bağlı mütəmadi məlumatlar verdilər, ümumiyyətlə, bu məsələni gündəmdə saxladılar. Vətənpərvərlik ruhunda, döyüş ruhunda materiallar da az deyildi”, -deyə T.Məmmədov qeyd edib.
Sosial
Azərbaycanda pensiya kapitalından istifadə ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya kapitalından...

Sosial
DİM sədrindən valideynlərə çağırış: "Çox səhv yanaşmadır"

DİM sədrindən valideynlərə çağırış:...

Sosial
“WhatsApp” istifadəçiləri qəzəblənəcək - REKLAMLAR BAŞLAYIR

“WhatsApp” istifadəçiləri...

Sosial
Britaniya: Ölkəyə kütləvi hücum olacaq

Britaniya: Ölkəyə kütləvi hücum...

Sosial
Naxçıvanda əhalinin sayı artıb

Naxçıvanda əhalinin sayı artıb...

Sosial
"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ

"Qarabağ"ın futbolçusundan xüsusi...

Комментарии (0)