09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bakı sakinlərinin sevmədiyi hərəkətlər - SORĞU

Bakı sakinlərinin sevmədiyi hərəkətlər - SORĞU
Bakı sakinlərinin sevmədiyi hərəkətlər - SORĞU


Bakı sürətlə Qərb mədəniyyətinin bir hissəsinə çevrilir. Amma Bakını Bakı edən, Şərq dünyasının ayrılmaz parçası kimi saxlayan dəyərlər hələ də öz aktuallığını qoruyub saxlayır. Bakılılar istər xarici görünüş, istərsə də həyat tərzi baxımından Qərbə doğru istiqamət alsalar da, mənəvi və mental dəyərlər tərəfdən hələ də Şərqli olaraq qalmaqdadırlar. Kimi bunu milli, dini və etnik bağlarla əlaqələndirir, kimi ailə tərbiyəsi, kimi isə dünyagörüşü ilə. Dəyişməyən odur ki, Bakıda hələ də yazılmamış qaydalar, müəyyən yerli qadağalar və tabular hökm sürür.

Milli.Az "ACT Azərbaycan"nın 19 aprel - 1 may tarixlərində Bakı şəhərində bu mövzuda apardığı sorğu nəticələrini təqdim edir.

Rəyi soruşulmuş respondentlərin, demək olar ki, hamısı üçün ictimai yerlərdə öpüşmək qəbuledilməzdir (94 %). İnsan içində öpüşməyi normal qarşılayanlar (6 %), əsasən, güclü cinsin nümayəndələridir (7 %).

Azərbaycanda ictimai yerlərdə tütün məhsullarının istifadəsinə qadağa qoyulması uzun müddətdir müzakirə olunur. Sorğu nəticələri də göstərdi ki, bu məsələ heç də əbəs yerə aktual deyil. Belə ki, sorğuda iştirak etmiş paytaxt sakinlərinin böyük əksəriyyəti ictimai yerlərdə siqaret çəkilməsinə qarşıdır (90 %). Qadınların, demək olar ki, hamısı (91 %) buna pis baxsa da, əsas tütün istifadəçiləri olan kişilər arasında ictimai yerlərdə siqaret çəkməyə müsbət baxanlar da tapıldı (14 %).

Adam arasında söyüş söymək (97 %) və yerə tüpürmək (96 %) kimi hallar, demək olar ki, bütün respondentlər arasında birmənalı olaraq mənfi hal kimi dəyərləndirilib.

İctimai yerlərdə telefonla yüksək səs tonunda danışmağa qarşı çıxanlar nisbətən daha azdır (87 %). Hətta kişilərin 16 %-i üçün bu normal bir haldır.
Sosial
Məktəbli geyimlərini hardan alaq? - QİYMƏT FƏRQLƏRİ

Məktəbli geyimlərini hardan alaq? -...

Sosial
Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)

Azərbaycanda körpələrə qoyulan...

Sosial
Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb

Teleqüllənin yaxınlığında yaşayan...

Sosial
Azərbaycanda yayım dayandı: əhali kütləvi şəkildə bu quruma müraciət etdi

Azərbaycanda yayım dayandı: əhali...

Sosial
Azərbaycanda bu vəzifələrdə heç kim işləmək istəmir

Azərbaycanda bu vəzifələrdə heç kim...

Sosial
Bakı Nəqliyyat Agentliyindən yeni sosial çarx: Piyada keçidi podium deyil! (VİDEO)

Bakı Nəqliyyat Agentliyindən yeni...

Комментарии (0)