09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib

Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib
Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov kommersiya banklarını sərt tənqid edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən S.Novruzov deyib ki, kommersiya bankları insanlardan dollarla nisbətdə sığortalanmış vəsaiti 3 faizdən götürür, 12 faizdən yuxarı isə verir: “Arada qalan fərqi özləri üçün sərf edirlər. Sabah bir problem yarananda da camaatı dövlətin üstünə göndərirlər. Qazanan həmin kommersiya bankı olub, burada dövlətin elə bir qazancı olmayıb. İndi həmin şəxslər zəhmət çəkib problemli kreditlərin bağlanmasına köməklik göstərsinlər. 10 illərlə qazanıblar, indi vətəndaşın həmin probleminə kömək etmək lazımdır. 12 faizlə depozit götürür, həmin vəsaiti 28-30 faizlə vətəndaşa kredit verir. Burada 2-3 dəfə fərq yaranır. Bunlara ciddi nəzarət olmalıdır ki, heç olmasa yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşların hüququ qorunsun və onları dövlətdən narazı salmasınlar”.
Sosial
Məktəbli geyimlərini hardan alaq? - QİYMƏT FƏRQLƏRİ

Məktəbli geyimlərini hardan alaq? -...

Sosial
Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)

Azərbaycanda körpələrə qoyulan...

Sosial
Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb

Teleqüllənin yaxınlığında yaşayan...

Sosial
Azərbaycanda yayım dayandı: əhali kütləvi şəkildə bu quruma müraciət etdi

Azərbaycanda yayım dayandı: əhali...

Sosial
Azərbaycanda bu vəzifələrdə heç kim işləmək istəmir

Azərbaycanda bu vəzifələrdə heç kim...

Sosial
Bakı Nəqliyyat Agentliyindən yeni sosial çarx: Piyada keçidi podium deyil! (VİDEO)

Bakı Nəqliyyat Agentliyindən yeni...

Комментарии (0)