09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Milli Məclisdə Türkiyənin xarici işlər naziri ilə görüş keçirilib

Milli Məclisdə Türkiyənin xarici işlər naziri ilə görüş keçirilib
Milli Məclisdə Türkiyənin xarici işlər naziri ilə görüş keçirilib


Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS MM-in saytına istinadən xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dost və qardaş ölkənin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, iki qardaş ölkə beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olur, problemlərini birlikdə həll etməyə çalışırlar.

Söhbət zamanı S. Seyidov Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini qaldırdığına görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb.

Mövlud Çavuşoğlu isə bu gün iki ölkənin birgə fəaliyyətinə hər zamankından daha çox ehtiyac olduğunu deyib. O qeyd edib ki, ölkələrə edilən təzyiqlərin qarşısının alınması üçün bu, çox vacibdir.

Görüşdə Milli Məclisin komitə sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova, Rövşən Rzayev, Fazil Mustafa, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak edib.
Sosial
Məktəbli geyimlərini hardan alaq? - QİYMƏT FƏRQLƏRİ

Məktəbli geyimlərini hardan alaq? -...

Sosial
Azərbaycanda körpələrə qoyulan şəhər adları: Marsel, Samuxan... (SİYAHI)

Azərbaycanda körpələrə qoyulan...

Sosial
Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb

Teleqüllənin yaxınlığında yaşayan...

Sosial
Azərbaycanda yayım dayandı: əhali kütləvi şəkildə bu quruma müraciət etdi

Azərbaycanda yayım dayandı: əhali...

Sosial
Azərbaycanda bu vəzifələrdə heç kim işləmək istəmir

Azərbaycanda bu vəzifələrdə heç kim...

Sosial
Bakı Nəqliyyat Agentliyindən yeni sosial çarx: Piyada keçidi podium deyil! (VİDEO)

Bakı Nəqliyyat Agentliyindən yeni...

Комментарии (0)