09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Avtovağzal bayrama görə qrafiki dəyişir

Avtovağzal bayrama görə qrafiki dəyişir
Avtovağzal bayrama görə qrafiki dəyişir


Ramazan bayramı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir. ANS PRESS-in məlumatına görə, artıq bayram günləri ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı əlavə avtobuslar ayıracaq.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzalı iyulun 4-dən 8-ə kimi qrafikində dəyişiklik edəcək.

Bayramla əlaqədar xəttə çıxarılan avtobusların sayı artırılacaq: "Adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 600 reys təşkil edilir. Ehtiyatda əlavə olaraq 200 avtobus saxlayacağıq. Ehtiyac olarsa, həmin avtobuslar da xəttə buraxılacaq".

Adi günlərdə 300-350 reyslə 10 minə yaxın sərnişin daşınırsa, bayram günlərində avtobus reyslərinin sayı 600-ə qədər artacaq. Sərnişin artımı isə əlavə 4-5 min civarında olacaq.
Qurum rəsmisi sərnişinlərə biletlərlə problem yaşamamaları üçün avtovağzala bir neçə saat öncə müraciət etmələrini xahiş edib. Onun sözlərinə görə, hər bayramda rayonlara gedənlərin sayı çox olduğundan sərnişinlər narazılıqlar yaşayırlar.

"Azərbaycan Dəmir Yolları" Ramazan Bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçir. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Şəfa Mehmanqızı iyul ayının ortalarından avtovağzaldan Bakı-Batumi istiqamətində avtobusların fəaliyyətə başlayacağını da bildirib. Onun sözlərinə görə, bu istiqamətdə biletlərin qiyməti böyüklər üçün 25 manat, uşaqlar üçün isə həmin qiymətin 50%-ni təşkil edəcək.

Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dır.
Sosial
Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir - AÇIQLAMA

Sosial şəbəkələr ailə dəyərlərinə...

Sosial
Minimum əməkhaqqının bir ildə iki dəfə artırılması rifahın yaxşılaşdırılmasına xidmət edir - RƏY

Minimum əməkhaqqının bir ildə iki...

Sosial
Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA

Yanvarın 1-dən pensiyalar bu qədər...

Sosial
Əlillər metropolitendən necə istifadə etsinlər? - AÇIQLAMA

Əlillər metropolitendən necə...

Sosial
Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Gənclər və İdman...

Sosial
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

Orfoqrafiya lüğətindən 10 min söz...

Комментарии (0)