11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən XƏBƏRDARLIQ

İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən XƏBƏRDARLIQ
İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən XƏBƏRDARLIQ


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb.

MAY.AZ xəbər verir ki, bu barədə “publika.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, isti hava şəraitində insanların həyatını təhlükəyə atan işəgötürənlər 1000-2000 manat arası cərimə ödəməli olacaqlar:

“Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Əgər hər hansı bir işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə tərəfimizdən araşdırma başladılacaq. Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək”.

F.Talıblı qeyd edib ki, bu günə qədər heç bir şikayət xarakterli müraciət daxil olmayıb:

“Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə işləri aparılıb. İşəgötürənlər və işçilər zəruri informasiyalarla təmin edilib. Onlar öz hüquqlarını bilirlər. Havanın temperaturunun 41 dərəcə selsidən yuxarı olduğu zaman, xüsusilə də açıq havada parılan bütün işlər dayandırılmalıdır”.
Sosial
Türkiyədən gələn bu məhsulları almayın - XƏBƏRDARLIQ (SİYAHI)

Türkiyədən gələn bu məhsulları...

Sosial
Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz...

Sosial
Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir - AÇIQLAMA

Sosial şəbəkələr ailə dəyərlərinə...

Sosial
Səfərbərlik Xidmətindən növbəti AÇIQLAMA - FOTO

Səfərbərlik Xidmətindən növbəti...

Sosial
Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Yollarda yeni "trend": maşın...

Sosial
Avtovağzalın qarşısındakı köməkçi yol açıldı

Avtovağzalın qarşısındakı köməkçi...

Комментарии (0)