11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yumurta və toyuq ətinin qiyməti kəskin BAHALAŞIB

Yumurta və toyuq ətinin qiyməti kəskin BAHALAŞIB
Yumurta və toyuq ətinin qiyməti kəskin BAHALAŞIB



Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.

Dövlət Statistika Komitəsi də iyun ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb. Bahalaşmanın səbəblərini araşdırmağa çalışdıq.

MAY.AZ-ın məlumatına görə, Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev oxu.az-a bildirib ki, yumurtanın və toyuq ətinin bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır.

Belə ki, yemin qiyməti bahalaşdığından istehsalçılar məhsullarının qiymətini qaldırmağa məcbur olublar:

“İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır. Yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir”.

A.Vəliyev deyir ki, ölkənin broyler təsərrüfatı 60 faiz xaricdən asılıdır. Onun sözlərinə görə, yemin 80 faizi xaricdən idxal edilir.

Məlum oldu ki, yüksək kalorili yem hesab edilən soyanın tonu 900 manatdan 1400 manata yüksəlib:

“Eləcə də, qarğıdalının tonu 300 manatdan 450 manata yüksəlib. Təəssüf ki, məhsul idxal etdiyimiz tərəfdaşlarımız mövsümi amillərdən istifadə edirlər”.

A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətində artım müvəqqətidir.

Onu da qeyd edək ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığından qiyməti aşağı düşməlidir.
Sosial
Türkiyədən gələn bu məhsulları almayın - XƏBƏRDARLIQ (SİYAHI)

Türkiyədən gələn bu məhsulları...

Sosial
Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz...

Sosial
Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir - AÇIQLAMA

Sosial şəbəkələr ailə dəyərlərinə...

Sosial
Səfərbərlik Xidmətindən növbəti AÇIQLAMA - FOTO

Səfərbərlik Xidmətindən növbəti...

Sosial
Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Yollarda yeni "trend": maşın...

Sosial
Avtovağzalın qarşısındakı köməkçi yol açıldı

Avtovağzalın qarşısındakı köməkçi...

Комментарии (0)