11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu tarixdən reseptlərə dərman adı yazılmayacaq - Çoxdan gözlənilən YENİLİK

Bu tarixdən reseptlərə dərman adı yazılmayacaq - Çoxdan gözlənilən YENİLİK
"Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.
MAY.AZ-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən trend-ə bildirilib ki, bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər.
Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:
"Həmçinin, "Dərman vasitələri haqqında" Qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar".
Vurğulanıb ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır:
"Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür".
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, düzgün yazılmayan reseptlərlə qarşılaşacaqları təqdirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qaynar xətt nömrələri, Mərkəzin "Bir pəncərə" sektoru və ya www.pharma.az saytının "Müraciət" bölməsi vasitəsilə şikayət edə bilərlər", - məlumatda deyilir.
Sosial
Azərbaycanda yeni telekanal yaradılır

Azərbaycanda yeni telekanal...

Sosial
"Xərçəng sağalır, amma siz axmaqsınızsa, müalicə etmək mümkün olmayacaq"

"Xərçəng sağalır, amma siz...

Sosial
Diqqət! Buraxılış imtahanlarının nəticələri açıqlandı

Diqqət! Buraxılış imtahanlarının...

İqtisadiyyat / Sosial
Pensiya artımı bu şəxslərə aid edilməyəcək – Komitə sədri açıqladı

Pensiya artımı bu şəxslərə aid...

Sosial
Yeni doğulan körpəyə "Patı" adı verdilər

Yeni doğulan körpəyə "Patı" adı...

Sosial
Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşdı

Bakı-Sumqayıt yolunda təmir işləri...

Комментарии (0)