11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT

Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT
Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT


Ümumiyyətlə, normadan kənar hər şeyi pisləyirəm. Erkən nikahlardır, nə bilim, qızların təhsildən yayındırılmasıdır və sair - hamısı normadan kənar olduğuna görə onları qətiyyətlə pisləyir və rədd edirəm.

MAY.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bildirib.

Yazıçı hesab edir ki, qızların təhsildən yayındırılaraq, erkən nikahlara vadar edilməsi, təhsilsizlik, savadsızlıq cəhalətdir, nadanlıqdır.

"Çünki əgər tibb aləmində səhiyyə, təbabət bunu belə məsləhət görürsə, ona əməl etmək lazımdır. Hesab edirəm ki, bu, həm fiziki sağlamlıq barədə ziyanlıdır, həm də Azərbaycanın gələcəyi üçün mənfi haldır. Yəni əgər bu normalar o qırmızı xətti keçirsə, deməli, qanun pozuntusudur", - deyən millət vəkili bu kimi mənfi hallara qarşı cəmiyyətin biganə, laqeyd qalmamasını məsləhət görüb.

"Birinci, bu yöndə yüksək səviyyədə maarifləndirmə, təbliğat olmalıdır. Valideynlər, atalar, analar başa düşməlidir, dərk etməlidirlər ki, bu, həm də ziyandır. Erkən nikahlar, vaxtından əvvəl zorla, məcburən evləndirmələr sağlamlığa ziyandır", - deyə H.Mirələmov əlavə edib.
Sosial
Türkiyədən gələn bu məhsulları almayın - XƏBƏRDARLIQ (SİYAHI)

Türkiyədən gələn bu məhsulları...

Sosial
Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz...

Sosial
Sosial şəbəkələr ailə dəyərlərinə mənfi təsir edir - AÇIQLAMA

Sosial şəbəkələr ailə dəyərlərinə...

Sosial
Səfərbərlik Xidmətindən növbəti AÇIQLAMA - FOTO

Səfərbərlik Xidmətindən növbəti...

Sosial
Yollarda yeni "trend": maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Yollarda yeni "trend": maşın...

Sosial
Avtovağzalın qarşısındakı köməkçi yol açıldı

Avtovağzalın qarşısındakı köməkçi...

Комментарии (0)