11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI
Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.


Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.


Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.


Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa isə Əli adı verilib.


Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.


Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.


Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub.

Sosial
Azərbaycanda yeni telekanal yaradılır

Azərbaycanda yeni telekanal...

Sosial
"Xərçəng sağalır, amma siz axmaqsınızsa, müalicə etmək mümkün olmayacaq"

"Xərçəng sağalır, amma siz...

Sosial
Diqqət! Buraxılış imtahanlarının nəticələri açıqlandı

Diqqət! Buraxılış imtahanlarının...

İqtisadiyyat / Sosial
Pensiya artımı bu şəxslərə aid edilməyəcək – Komitə sədri açıqladı

Pensiya artımı bu şəxslərə aid...

Sosial
Yeni doğulan körpəyə "Patı" adı verdilər

Yeni doğulan körpəyə "Patı" adı...

Sosial
Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşdı

Bakı-Sumqayıt yolunda təmir işləri...

Комментарии (0)