11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda bəzi kişilər döyülməyə görə arvadından şikayət edir - RƏSMİ

Azərbaycanda bəzi kişilər döyülməyə görə arvadından şikayət edir - RƏSMİ
Azərbaycanda bəzi kişilər döyülməyə görə arvadından şikayət edir - RƏSMİ


Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı kişilər də müraciət edir.

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report”un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub: "2014-cü ildə isə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbələrə görə olur. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

Onun sözlərinə görə, son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı daxil olan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib: "Mərkəzlərimizin əməkdaşları mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparıb, fərdi qovluqları açıb, ailələr haqqında məlumat toplayaraq nəzarətə götürüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda "Zorakılığa yox deyək”, "Erkən yaşda evlilik cinayətdir”, "Sağlam həyat naminə erkən nikaha yox deyək”, "İnsan alverinin qurbanına çevrilməyək” və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Sosial
Azərbaycanda yeni telekanal yaradılır

Azərbaycanda yeni telekanal...

Sosial
"Xərçəng sağalır, amma siz axmaqsınızsa, müalicə etmək mümkün olmayacaq"

"Xərçəng sağalır, amma siz...

Sosial
Diqqət! Buraxılış imtahanlarının nəticələri açıqlandı

Diqqət! Buraxılış imtahanlarının...

İqtisadiyyat / Sosial
Pensiya artımı bu şəxslərə aid edilməyəcək – Komitə sədri açıqladı

Pensiya artımı bu şəxslərə aid...

Sosial
Yeni doğulan körpəyə "Patı" adı verdilər

Yeni doğulan körpəyə "Patı" adı...

Sosial
Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşdı

Bakı-Sumqayıt yolunda təmir işləri...

Комментарии (0)